Böyük qələbəmizin tarixi günü

Böyük qələbəmizin tarixi günü
  • Cəmiyyət

  •  Böyük  şanlı Qələbəmizdən ötən müddət ərzində ölkə başçısının rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri aparılır. 2023-cü il noyabrın 28-də Prezident İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb. Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Qarabağ Universitetinin yaradılması da  tarixi hadisədir.

    Sentyabr ayının 20-də ölkəmiz və xalqımız üçün çox əlamətdar günlərdən oldu.Bu əlamətdar  gündə Möhtərəm Prezidentimiz tərəfindən Xankəndi şəhərində Qarabağ Universitetinin   açılışının keçirilməsi rəmzi xarakter daşıyır. Qalib ölkənin Qalib Sərkərdəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin sentyabrın 20-də qazanılan Böyük  qələbə ilə ölkəmizin suverenlini tam bərpa edilib. Bu gün həm də Azərbaycan xalqının həyatında müqəddəs günə çevrildi.   Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə  hər ilin sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. Prezidentin digər Sərəncamı ilə 20 sentyabr  həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhər Günü kimi qeyd ediləcək.

    Belə bir tarixi gündə Xankəndi şəhərində Qarabağ Universitetində keçirilən tədbir əlamətdar hadisə oldu. 

    Möhtərəm Prezident cənab İlham Əliyevin 20 Sentyabr – Dövlət Suverenliyi Günündə Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirakı etdi.  Prezident İlham Əliyev  Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə  bildirdi ki, “dünya hərb tarixində 44 günlük müharibədə şanlı Ordumuzun həyata keçirdiyi əməliyyatların oxşarı yoxdur. 44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, – müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir?! Bu, həqiqətdir: “Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir. Müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat – bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz.”

     “Yenə də bu gün Ulu Öndərin xatirəsinə hörmət ifadə edərək bir daha deyirik və görürük ki, əgər 1993-cü ildə xalqın tələbi ilə o, Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı. Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.”

    Bəli bizim hər birimizin vəzifə və vətəndaşlıq borcu,  bizdən sonra gələn yeni nəsil  gəncləri  milli ruhda tərbiyə almalı, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Hər birimiz Azərbaycanın gələcək inkişafı naminə  Prezidentimizin ətrafında sıx birləşməliyik.

     



     Əntiqə Tağıyeva,
    Masllı Tarix-Diyarşünaslıq Muzeyinin direktrou

     


    PAYLAŞ:

    Oxşar xəbərlər