19 sentyabr 2023-cü il tarixdə, təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi.
Ölkənin ağır relyef şəraitində, erməni mənfurları tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır.
2023-cü ilin sentyabrin 19-dək Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutmağı, ölkə ərazilərisində minalanmanın davam etdirilməsi, döyüş mövqelərinin mühəndis-istehkamı cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdu.
Üçtərəfli bəyanatın müddəalarının təmin etmək, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının almaq, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarmaq, onların hərbi infrastrukturunun zərərsizləşdirmək, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin etmək və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa etmək məqsədilə 2023-cü ilin sentyabr ayında bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Antiterror tədbirlərində prioritet məsələlərdən biri də mülki əhalinin və yaşayış məntəqələrinin təhlükəsizliyi idi. Ordumuzda məhz bununla bağlı yaşayış məntəqələrinə yaxın, hətta orada olan legitim hədəflərə dəqiq atəşlə zərbə vura biləcək xüsusi təyinatlı vasitələr ayrılmışdı. Döyüşlərin birinci mərhələsi atəş hücumundan başlandı, bütün legitim hədəflər məhv edilib, qarşı tərəfin müqaviməti qırıldı. Antiterror tədbirləri zamanı dinc əhali və yaşayış məntəqələri zərər çəkməyib. Azərbaycan Ordusunun peşəkarlığının göstəricisi olan amildir. Qanunsuz silahlılar, terrorçular öz mövqelərini tərk etdilər və orada yaşayan mülki erməni vətəndaşların dəstəyindən də məhrum oldular.
Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr 24 saatdan da az müddət ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.
Nəticə etibarı ilə bütün dünya ictimaiyyəti bir daha əmin oldu ki, Azərbaycan regionda sülh və əminamanlığın bərqərar olmasının, regionun inkişaf edərək çiçəklənməsinin tərəfdarıdır.
19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində ordumuzun 205 hərbi qulluqçusu şəhid olmuş.
Silahlı toqquşma zamanı Daxili Qoşunların 12 hərbi qulluqçusu, Hərbi Dəniz Qüvvələrinin isə 3 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 203-ü hərbi əməliyyatlar zamanı, 2-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur.
Şəhid olanların 39-u zabit, 23-ü gizir, 23-ü çavuş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan əsgərlər, sıravi əsgər (çağırışçı) idilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir. Azərbaycan bütün addımlara görə həm məsuliyyət daşıyır, həm qürur hissi keçirir.
Fərasəddin Fərziyev,
YAP Masallı rayon təşkilatının fəal üzvü.