Preziden İlham Əliyevin Özbəkistan səfəri

Preziden İlham Əliyevin Özbəkistan səfəri
  • Cəmiyyət

  • Azərbaycan və Özbəkistan arasındakı münasibətlər bu gün iki ölkə liderinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir. Orta Dəhliz kimi böyük layihələrdə ölkələrimiz dost qismində böyük işlər həyata keçirib. Özbəkistan təbii sərvətlərlə zəngindir və bundan əldə olunan gəlirlər liman, yol və dəmir yolu infrastrukturuna əhəmiyyətli dərəcədə sərmayə qoymağa imkan verir.
                   
    Ölkələrimiz arasındakı münasibətlərin tarixinə qısaca nəzər salsaq görərik ki, hələ ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. İki xalqı yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Rəsmi mənada isə diplomatik münasibətlər 1995-ci ildə qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Azərbaycan və Özbəkistan arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Bu münasibətlər məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində daha da güclənib.
                   Gələcək münasibətlərin köklü təməlinin atılması isə 1996-cı ildə Bakıda imzalanmış "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə"si ilə birbaşa əlaqəlidir. Bundan düz bir il sonra Heydər Əliyevin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edib.
                     
    Şübhəsiz ki, ölkələrimiz arasındakı münasibət dərin köklərə söykənir. Bu müstəvidə Özbəkistan hakimiyyəti istər Qarabağ münaqişəsi zamanı və postmüharibə dövründə daim ölkəmizə dəstək verib. Bu mənada deyə bilərik ki, Özbəkistan 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub. Özbəkistan yeganə ölkələrdən biridir ki, Ermənistanda səfirlik açmayıb.
                     
    Özbəkistan postmüharibə zamanı da öz dəstəyini əsirgəməyib 2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Prezident Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirmişdir. Hazırda həmin məktəb istifadəyə verilib.
                   
    İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Xüsusi vurğulamaq lazımdır ki, Şavkat Mirziyoyev Özbəkistanda Prezident seçildikdən sonra bu əlaqələr ən yüksək səviyyəyə çatıb. Şübhəsiz ki, əlaqələrin bugünkü səviyyəsi Prezident İlham Əliyevin güclü xarici siyasəti nəticəsindədir. Burada əsas məsələlərdən biri də məhz qarşılıqlı maraqlardır. İki ölkə başçısının əvəzsiz xidmətləri nəticəsində Azərbaycan və Özbəkistan münasibətləri daha da güclənir. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələr yüksək səviyyədə inkişaf edir. 

                             

    Ceyhun Hüseynov,
    MRX İƏ söbəsinin mütəxəssisi

    PAYLAŞ:

    Oxşar xəbərlər