Dövlətimizin başçısı tədbirdə çıxışı zamanı Rusiya Prezidentini və digər qonaqları salamlayaraq, Azərbaycana onların səfər etməsinə çox şad olduğunu bildirib. O,çıxışında Rusiya Federasiyasının Prezidentinin Azərbaycanda dövlət səfərində olmasını, səfərin xüsusi xarakter daşıdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bizim ən yüksək səviyyədə görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il iki dəfə - bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində görüşmüşük. Amma, əlbəttə ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkünsə, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir”.
Dövlətimizin başçısı çıxışında bu gün qəbul edilən sənədlər, ilk növbədə, prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqlədiyini qeyd edib.
2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəalarının uğurla həyata keçirildiyini, ölkələrimizin müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
O, çıxışında iqtisadi-ticari münasibətlərlə bağlı məsələləri detallı şəkildə təhlil etdiyini, keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımının əməkdaşlığımızın böyük potensialından xəbər verdiyini və ötən il 4 milyard dollar həddini adladıqlarımızı və bunun son hədd olmadığı barədə fikir mübadiləsi apardığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Azərbaycan Prezidenti çıxışında Humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirildiyini, Azərbaycanda rus dilində tədris aparılan 324 məktəbin olduğunu, onlarda 160 min şagirdin təhsil aldığını, 800 mindən çox şagirdin rus dilini ikinci dil kimi öyrəndiyini, Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı bölmələrin rus dilində olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırmışdır .
“M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir”.
Dövlətimizin başçısı görüşdə regional təhlükəsizliklə bağlı məsələlərin müzakirə etdiklərini, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yarandığını qeyd edib.
Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.
Azərbaycan Prezidenti dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlərin də ətraflı müzakirə etdiyini bildirib.
Deməliyəm ki, Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir.Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər.
Prezident İlham Əliyev çıxışında energetika sferasında həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində vəziyyətin geniş təhlil etdiklərini və bu istiqamətdə fəal işlədiklərini, gələcəkdə də fəaliyyətlərinin davam etdirəcəklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Dövlətimizin başçısı çıxışında həmçinin hər iki tərəfi narahat edən məsələlər, məhz Xəzərdə ekoloji vəziyyət, onun fəlakətli dayazlaşması üzrə fikir mübadiləsi apardıqlarını da qeyd edib.
Azərbaycan Prezidenti çıxışının sonunda Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyini dəstəklədiyini görə Rusiya Prezidenti Vladimir Putinə və Rusiya tərəfinə öz dərin təşəkkürünü bildirib.
Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və biz hazırda ikitərəfli formatda da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işləyirik.Vladimir Vladimiroviç, mənim dəvətimi qəbul etdiyinizə və dövlət səfəri ilə Azərbaycana gəldiyinizə görə bir daha Sizə təşəkkürümü bildirmək istərdim. Şübhəsiz ki, bu səfər tarixi xarakter daşıyır, ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək”.
Ziyafəddin Cavadov,
S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi.