Dünyanın ən isti günü qeydə alındı

Dünyanın ən isti günü qeydə alındı
  • Cəmiyyət

  • İyulun 21-i dünyanın ən isti günü olub.

    Leqal.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.

    Xidmətin məlumatına görə, iyulun 21-də səth havasının orta temperaturu rekord göstəricini cəmi 0,1°C üstələyərək 17,09°C-yə çatıb.

    Bundan əvvəl Avropa Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) mütəxəssisləri 2024-cü ilin aprelinin Yer kürəsində ardıcıl 11-ci rekord istilik ayı olduğunu bildirmişdilər.

    C3S-in məlumatına görə, keçən ay qlobal temperaturlar tarixi orta göstəricilərdən 1,58°C yuxarı olub.

    Bundan əlavə, son 12 ay ərzində Yer kürəsində temperatur sənayedən əvvəlki səviyyədən 1,61°C yuxarı qalxaraq təhlükəsiz istiləşmə həddini 1,5°C keçib.

    C3S hesablamaları aylıq və mövsümi proqnozlar hazırlamaq üçün dünya üzrə peyklərdən, təyyarələrdən, gəmilərdən və hava stansiyalarından alınan ölçmələrə əsaslanır.
    PAYLAŞ:

    Oxşar xəbərlər