Bu gün, iyulun 2-də Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncovun sədrliyi ilə 2024-cü ilin birinci yarımilinin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında idarə aparatının əməkdaşları və idarənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib.
Hesabatı giriş nitqi ilə idarə rəisi Bəxtiyar Qılıncov açaraq 2024-cü ilin birinci yarımilində görülmüş işlər, mövcud problemlər və qarşıda duran məsələlərlə bağlı məlumat verib. Həmçinin, mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasının, internet resurslarından, sosial şəbəkələrdən səmərəli istifadənin vacibliyindən danışıb.
Sonra idarənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən müəssisə rəhbərlərinin çıxışları dinlənilib.
Çıxışlarda müəssisələr tərəfindən 2024-cü ilin birinci yarımilində görülmüş işlərdən söhbət açılıb, təkliflər səsləndirilib.
Yekunda idarə rəisi tərfindən tədbir iştirakçılarına müvafiq tapşırıq və tövsiyələr verilib.