Xankəndi şəhərinə ilk köçün tarixi açıqlanıb

Xankəndi şəhərinə ilk köçün tarixi açıqlanıb
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanın Xankəndi şəhərinə ilk köçün tarixi açıqlanıb.

    Leqal.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı deyib.

    Həmin dialoqu təqdim edirik:

    Sakin: Bu gün mən şadam ki, Xocalıdayam. Yəni, 32 il bundan qabaq Xocalını itirdik. Mən əsir düşmüşdüm, yaralanmışdım.

    Prezident İlham Əliyev: Əsir düşmüşdün?

    Sakin: Xankəndidə mən həmin yerə getmək istədim, mənə dedilər ki, olmaz.

    Prezident İlham Əliyev: Xankəndidə əsir düşmüşdünüz?

    Sakin: Xocalı faciəsində yaralanmışdım, Xankəndidə saxlayırdılar.

    Prezident İlham Əliyev: Yox, gedib baxmaq olar.

    Sakin: Yəni, həmin yeri təxmin etdim ki, necə gətirib aparırdılar.

    Prezident İlham Əliyev: Gedib görərsiniz o yerləri. Çünki sentyabr ayından artıq Xankəndiyə də köç başlayır.

    Sakinlər: İnşallah.

    Prezident İlham Əliyev: Birinci köçən tələbələr və onların müəllimləri olacaqlar. Qarabağ Universiteti fəaliyyətə başlayır. Ona görə bir tərəf olacaq Xankəndi, bir tərəf Ağdam. Ağdam şəhərinə də gələn il insanlar qayıdacaqlar.
    PAYLAŞ:

    Oxşar xəbərlər