Qaradağ rayonunda Xocalı soyqırımına həsr olunmuş dəyirmi masa keçirildi

Qaradağ rayonunda Xocalı soyqırımına həsr olunmuş dəyirmi masa keçirildi
  • Cəmiyyət / Maraqlı

  • Fevralın 27-də Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifəsidir” adlı dəyirmi masa keçirildi. 

    Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Heydər Əliyev Mərkəzi ilə birlikdə təşkil etdiyi dəyirmi masada rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının üzvləri, rayon ərazisində müvəqqəti məskunlaşmış Xocalı sakinləri, şəhid ailələri, qazilər, YAPfəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. 

    Əvvəlcə Azərbaycanın Dövlət Himnisəsləndirildi. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsibir dəqiqəlik sükutla yad edildi.

    Sonra Xocalı faciəsindən və cari il fevralın 26-da Prezident İlham Əliyevin iştirakı ilə 2023-cü ildə işğaldan azad edilən bu şəhərdə yerli sakinlərlə görüşdən bəhs edən videoçarx nümayiş etdirildi. 

    Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar ƏliyevAzərbaycan xalqının torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutduğunu, onları ehtiramla yad etdiyini bildirdi. O qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin sayəsində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verildi və artıq dünyanın 20-dən çox ölkəsinin parlamenti tərəfindən Xocalı soyqırımını qətiyyətlə pisləyən qətnamələr qəbul edilmişdir. Heydər Əliyev Fondu tərəfindən aparılan uğurlu "Xocalıya Ədalət "kampaniyası nəticəsində artıq dünya ictimaiyyəti Xoçalı söyqırımının mahiyyətini anlayır və Azərbaycan xalqının dərdinə acıyır. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin dünyanın bəzi ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. O vurğuladı ki, bu, ürəkləri daim Vətən eşqi ilə döyünən soydaşlarımzın Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir.

    Qanlı faciədən 28 il sonra, 2020-ci ilin sentyabrında başalayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində şəhidlərimizin qisasının alındığını xatırladan Qafar Əliyev Qaradağ rayonunda Xocalıdan olan 206 vətəndaşımızın məskunlaşdığını, onlardan 28-inin şəhid ailəsi olduğunu, Böyük Qayıdış Proqramının tərkib hissəsi kimi Xocalıdan olan köçkünlərin də tezliklə doğma torpaqlara dönəcəyinə əmin olduğunu bildirdi. YAP rayon təşkilatının sədri Prezident İlham Əliyevin də fevralın 26-da Xocalıda yerli sakinlərlə görüşdə bu məqamı xüsui vurğuladığını qeyd etdi. O bildirdi ki, Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməməli və növbəti nəsillər bu barədə daim məlumatlandırılmalıdırlar.

    Dəyirmi masada çıxış edən Xocalı sakiniləri: 27 gün erməni əsirliyində olmuş Valeh Hüseynov və şəhid Rövşən Həsənovun qızı Nigar Həsənova Xocalı faciəsi barədə xatirələrəni bölüşmüşlər. Ermənilərin onun gözləri qarşısında törətdiyi vəhşilikləri xatırladan V.Hüseynov qəhrəman Azərbaycan Ordusuna Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqları, o cümlədən Xocalını azad etdiyinə görə dərin minnətdarlığını bildirdi. “Şükür olsun bu günə!” – deyən soydaşımız tədbir iştirakçılarını Xocalını ziyarət etməyə, orada aparılan böyük bərpa və quruculuq işləri ilə yerində tanış olmağa dəvət etdi.

    Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayon sektorunun rəhbəri Elçin Abbasov, rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva Xocalı faciəsinin bütün dünyada tanınması məqsədilə Azərbaycan hökuməti, “Heydər Əliyev Fondu” və digər qurumlar tərəfindən görülmüş işlərdən danışdılar. S.Şıxəliyeva bildirdi ki, bu gün Xocalıda həlak olan qəhrəmanların, şəhər sakinlərinin ruhu şaddır. Çünki 30 ildən çox düşmən tapdağı altında qalan həmin torpaqlar artıq azaddır və öz həqiqi sahiblərinə qovuşub. “Dəmir yumruğun” artıq bütün dünyada Azərbaycan xalqının birlik və həmrəylik rəmzi kimi qəbul olunduğunu vurğulayan S.Şıxəliyeva torpaqlarımızın azad edilməsinin xalqımızın əsil qürur və fəxarət mənbəyinə çevrildiyini bildirdi.

    Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Qaradağ rayon şöbəsinin sədri Əli Məmmədov bu gün Azərbaycanın milli hərbi geyiminin həm veteranlar, həm də hərbiçilər tərəfindən fəxrlə, qürurla geyildiyini vurğuladı. 288 saylı tam orta məktəbin müəllimi Maya Mustafayeva isə torpaqlarımızın müstəqillik illərində yetişən əsil vətənpərvər gənclərin böyük qəhrəmanlığı ilə azad edildiyini, ermənilərin bu torpaqları işğal edərkən törətdiyi vəhşiliklərin heç vaxt unudulmayacağını qeyd etdi. 
     
    Dəyirmi masaya yekun vuran YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirakçılara minnətdarlığını bildirdi.
    Sonda xatirə fotosu çəkdirildi.

    www.leqal.az

    PAYLAŞ:

    Oxşar xəbərlər