Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini Şahmar İbadov vəzifəsindən azad edilib.
LEQAL.AZ xəbər verir ki, onunla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Ş.İbadov işdən çıxarılıb.
Nərimanov Rayon İcra Hakimiyyətindən "Report"a məlumat təsdiqlənib.
Xatırladaq ki, Ş.İbadovun adı bir sıra qalmaqallarda və qanunsuz əməllərdə hallanırdı.