Mirqafar Seyidov vəzifəsindən azad edilib

Mirqafar Seyidov vəzifəsindən azad edilib
  • Cəmiyyət

  • Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub.

    “Report” xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.

    V.Eyvazovun digər əmri ilə o, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

    Bakı Şəhər Baş Polis İdarəsinə hələlik rəis təyinatı olmayıb.

    Qeyd edək ki, M.Seyidova 2009-cu ildə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

    O, 2014-cü ilin noyabr ayında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər