Paytaxtda mövsümi ağac əkilməsi və yaşıllaşdırma işləri davam edir-FOTO

Paytaxtda mövsümi ağac əkilməsi və yaşıllaşdırma işləri davam edir-FOTO
  • Cəmiyyət

  • Bakı şəhərinin müxtəlif ərazilərində mövsümi ağac əkilməsi və yaşıllaşdırma işləri davam edir.

    Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin məlumatına əsasən görülən işlər paytaxt ərazisində yaşıllıq sahələrinin artırılması məqsədilə qurum tərəfindən hazırlanmış yeni yaşıllıq planı əsasında aparılır.

    Bildirilib ki, əkin prosesində Bakı şəhərinin iqlim şəraitinə uyğunlaşdırılmış yerli ağac növləri ilə yanaşı, yeni növ enliyarpaqlı ağaclardan və xüsusi rəng çalarlarına malik ağcaqayından da istifadə olunur. Birliyin əməkdaşları tərəfindən gün ərzində müxtəlif tikinti və məişət tullantılarından təmizlənmiş sahələrdə, magistral yol kənarlarında 500 ədəd yeni ağac əkilib, ağacların suvarılması və onlara qulluq göstərilməsi məsələləri həll edilib.

    Mövsüm ərzində Bakı şəhərində 20 mindən çox ağacın əkilməsi nəzərdə tutulub. Təcrübəli landşaft mütəxəssisləri tərəfindən hazırlamış bu xüsusi planın həyata keçirilməsi Bakı şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına səbəb olacaq.

    Bakının yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək müstəviyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına imkan verəcək.

    PAYLAŞ:

    Oxşar xəbərlər