Ölkəmizdə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
LEQAL.AZ xəbər verir ki, Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Həmin dövrdə Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il mayın 28-də - Azərbaycan Demokratik Respublikasının (ADR) elan edildiyi gündə Ədliyyə Nazirliyi də yaradılmışdır.