AMEA prezidenti akademik İsa Həbibbəyli Daşkənd şəhərində Ulu Öndərin büstünü ziyarət edib

AMEA prezidenti akademik İsa Həbibbəyli Daşkənd şəhərində Ulu Öndərin büstünü ziyarət edib
  • Cəmiyyət / Maraqlı

  • Dekabrın 12-də Daşkənd şəhərində Özbəkistan Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yubiley tədbirləri keçirilib. Tədbirlərdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli də iştirak edir.

    Yubiley tədbirlərinin təntənəli açılış mərasimində əvvəlcə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təbrik məktubu oxunub.
    Sonra Özbəkistan Elmlər Akademiyasının prezidenti akademik Behzod Yuldaşev giriş sözü ilə çıxış edib.

    Açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə olduğu kimi elm sahəsində də əlaqələrin daim inkişaf etdiyini bildirib. Ölkələrimizin Elmlər akademiyalarının qarşılıqlı elmi əlaqələrindən danışan akademik İsa Həbibbəyli son illərdə elmi-mədəni əməkdaşlığın bütün istiqamətlərdə yüksək templə inkişaf etdirildiyini qeyd edib. Təkcə Azərbaycanla Özbəkistan deyil, ümumiyyətlə Türk dünyasının bütün ölkələrinin elmi qurumları arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu xüsusi vurğulayıb və özbəkistanlı həmkarlarını təbrik edib.

    Açılış mərasimində, həmçinin Türkiyə, Qazaxıstan, Monqolustan, Çin, Qırğızıstan, Tacikistan, Rusiya, Belarus, Tatarıstan Elmlər akademiyalarının prezidentləri və vitse-prezidentləri çıxış ediblər.

    Tədbirdə Özbəkistan EA-nın 80 illik tarixi yolundan bəhs edən sənədli film nümayiş etdirilib.

    Açılış mərasimindən sonra Özbəkistan incəsənət ustalarının konserti olub.

    Yubiley tədbirləri bölmə iclasları ilə dekabrın 13-də davam edəcəkdir.

    AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günündə Daşkənd şəhərindəki Heydər Əliyev park-meydanında Ulu Öndərin büstünü ziyarət edib, xatirəsini anıb.


    PAYLAŞ:

    Oxşar xəbərlər