Saatlı GEM-in direktoru Vəli Məmmədov 8 gündə 24 nəfər işçisini necə “yoxa çıxarıb”?

Saatlı GEM-in direktoru Vəli Məmmədov 8 gündə 24 nəfər işçisini necə “yoxa çıxarıb”?
  • Cəmiyyət

  • Leqal.az-ın elektron poçtuna daxil olmuş şikayət məktubunu təqdim edirik.

    Şikayətçi Saatlı rayon Mollavaizli kənd sakini Əliyev Asim Əvəz oğlu redaksiyamıza göndərdiyi məktubunda yazır:

    Azərbaycan Respublikasının Konstitusiyasına və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir vətəndaşın Qanunun tələblərinə düzgün əməl etməklə dövlət idarələrinə və bələdiyyələrə informasiya sorğusu göndərmək hüququ var.

    Qanunun 10.4.8-ci maddəsinə əsasən informasiya sahibi, həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməlidir. 11.2. Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulan informasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar.

    Mən dəfələrlə Saatlı rayon Gigiyena və Epidemilogiya Mərkəzinin direktoru Vəli Məmmədova informasiya sorğusu ünvanlasam da sorğuma tam düzgün cavab ala bilməmişəm. Təsəvvür edin 2022-ci ildən bu günə qədər Saatlı GEM-in direktoru Vəli Məmmədov mənim mənim sorğuma düzgün cavab vermir. Bununla bağlı Ombudsmanın Aparatı da dəfələrlə Saatlı GEM-in direktoru Vəli Məmmədovdan düzgün cavab tələb etsə də hələ də düzgün cavab verilməyib.

    Saatlı GEM-in direktoru 2022-ci ilin dekabr ayında informasiya sorğusuna iki cavab məktubu göndərmişdir ki, həmin cavab məktubunun birində işçilərin sayı 76 nəfər digərində isə 52 nəfər göstərilir. Belə ki, 21 dekabr 2022-ci il tarixli 864 saylı cavab məktubunda qeyd edilir ki, ştat üzrə işçi sayı 76 nəfərdir (1-ci cavab), lakin 8 gündən sonra 29 dekabr 2022-ci il tarixli 870 saylı cavab məktubunda göstərilir ki, 52 nəfərdir (tək-kək ştat üzrə yazılıb və cəmini hesabladıqda 52 nəfər olur 1-ci cavab).

    Çox maraqlıdır ki, 8 gün ərzində idarədə 24 nəfər işçi necə “yoxa çıxdı”? Fikrimcə media nümayəndələri araşdırıb bu suala cavab tapa bilər.

    Bu məsələ ilə bağlı dəfələrlə Respublika GEM-in baş direktoru xanım Sara Həsənovaya müraiətlər etsəm də cavab ala bilməmişəm.

    Şikayətçi daha sonra yazdıqlarını şərh edərək əlavə edir: Ombudsmanın Aparatı da Vəli Məmmədov mənim sorğuma cavab vermədiyi üçün 9 iyun 2023-cü il tarixində Respublika GEM-in Baş Direktoru xanım Sara Həsənovaya müraciət etsə də bu günə qədər cavab ala bilməmişdir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmaq bahasına belə olsa
    Saatlı GEM-in direktoru Vəli Məmmədov işçilərinin siyahısını, görəcəyi işlərə dair tədbirlər planını, Respublika GEM-ə verdiyi hesabatı və.s digər informasiyaları verməkdən yayınır.

    Bir idarə rəhbəri nə üçün işçiləri barədə məlumatı gizlətsin ki?

    Necə olur ki, ölkənin baş naziri Əli Əsədov cənab Prezident İlham Əliyevə hesabat verir və bu hesabat bütün mediada yayımlanır, lakin Saatlı GEM-in direktoru Respublikas GEM-ə verdiyi hesabatı gizlədir.

    Bu şəxs özünü cənab Prezidentdən üstün mü hesab edir? Vəzifəli şəxs olaraq çıx Saatlı rayon Camaatının qarşısında hesabat ver görə Saatlı GEM ümumiyyətlə nə işlə məşğuldur?
    Ardı olacaq...

    Leqal.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!

    PAYLAŞ:

    Oxşar xəbərlər