Saatlıda sahibkar öz şadlıq sarayını şəhid anasının adına keçirərək qanunsuz işlərinin üzərini ört basdır etmək və mənə təziq göstərmək istəyir! ŞİKAYƏT

Saatlıda sahibkar öz şadlıq sarayını şəhid anasının adına keçirərək qanunsuz işlərinin üzərini ört basdır etmək və mənə təziq göstərmək istəyir! ŞİKAYƏT
  • Cəmiyyət

  • Leqal.az bildiri ki, Saatlı rayon Mollavaizli kəndi sakini Əliyev Asim Əvəz oğlu tərəfindən yazılmış və bir nüsxəsidə poçtumuza daxil olmuş şikayət məktubunu təqdim edirik. Şikayətçi yazır:

    İnternet media və xəbər portallarına
    Surəti (məlumat üçün): Saatlı rayon Prokurorluğuna
    Əliyev Asim Əvəz oğlu tərəfindən

    Ünvan : Saatlı rayon Mollavaizli kəndi
    E-mail : [email protected]

    ŞİKAYƏT

    Sahibkar öz şadlıq sarayını şəhid anasının adına keçirərək qanunsuz işlərinin
    üzərini ört basdır etmək və mənə təziq göstərmək istəyir!
    Ölkəmizdə fəaliyyət göstərən şadlıq sarayları ictimai iaşə obyekti hesab edilir və
    hər bir vətəndaş şadlıq sarayının fəaliyyətində qanun pozuntularının olub olmaması
    barədə qanuni formada araşdırma apara bilər ki, bu da istehlakçı olaraq bizim
    hüququmuzdur. Çünkü bu şadlıq saraylarında biz və bizim yaxınlarımız toylarda
    iştirak edirik. Belə ki, mən “İnformasiya əldə etmək haqqında” Azərbaycan
    Respublikasının Qanununa əsasən bir çox dövlət qurumlarına Saatlı rayonu
    H.Əliyev prospekti 56 ünvanında yerləşən “Xəyal” şadlıq sarayının fəaliyyəti ilə
    bağlı informasiya sorğusu ünvanlamışam. Mənim sorğuma verilən cavabları sizin
    diqqətinizə çatdırıram.

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən sorğuma verilən cavabda qeyd
    edilib ki, Saatlı rayonu H.Əliyev prospekti 58 ünvanında yerləşən “Xəyal” şadlıq
    sarayına dair Tikintilərin Dövlət reyestrində hər hansı məlumat yoxdur.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sorğuma verilən cavabda qeyd edilib
    ki, “Xəyal” şadlıq sarayında 22.10.2022-ci il tarixində Xəzər Kompleks Ekoloji
    Monitorinq İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitə atılan zərərli maddələrin
    miqdarının müəyyən edilməsi üçün ölçmə işləri aparılmış və nəticənin ətraf mühit
    üçün yol verilən normadan artıq olduğu müəyyən olunmuşdur. Bununla bağlı
    “Xəyal” şadlıq sarayının rəhbəri Hüseynov Bəxtiyar Hüseyn oğlu barəsində AR
    İXM-nin 233.1-ci maddəsi ilə 2500 manat miqdarında cərimə tətbiq edilmiş və
    nöqsanların aradan qaldırılması üçün məcburi göstəriş verilmişdir. Cərimə qərarı
    könüllü ödənilmədiyi üçün məcburi icra olunması məqsədi ilə Saatlı rayon İcra və
    - 2-
    Probasiya şöbəsinə göndərilmişdir.

    Qida Təhlükəsizliyi Agentliyindən sorğuma verilən cavabda qeyd edilir ki,
    Agentlik tərəfindən Saatlı rayonu, H. Əliyev prospekti 56 ünvanında fəaliyyət
    göstərən "Xəyal" şadlıq evində 10.11-14-11.2022-ci il tarixində yoxlama
    keçirilmişdir. Yoxlama zamanı qida ilə təmasda olan obliqat qrupuna daxil olan
    şəxslərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində məcburi tibbi
    müayinədən keçmədiyi və tibbi arayışla təmin olunmadığı, mətbəx sahəsinin
    sanitar-gigiyenik ye sanitar texniki vəziyyətinin qeyri-qənaətbəxş olduğu və şadlıq
    evində təqdim edilən qidaların müşayiətedici sənədlərinin mövcud olmadığı
    müəyyən edilmişdir. Aşkar edilmiş nöqsanlarla bağlı “Xəyal” şadlıq evinin vəzifəli
    şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati
    xəta haqqında protokol tərtib olunmuş, həmin protokol əsasında inzibati tənbeh
    vermə haqqında qərar qəbul edilmişdir.

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Muğan regional
    Dövlət Yanğın Nəzarəti İdarəsindən sorğuma verilən cavabda qeyd edilir ki,
    “Xəyal” şadlıq sarayının istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə müvafiq
    qaydada razılaşdırılmayıb, yanğınxəbərverici siqnalizasiya sistemi quraşdırılmayıb,
    ilkin yanğınsöndürmə vasitələri ilə tam təchiz edilməyib, elektrin təsərrüfatı
    “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun olaraq
    istismar olunmur, yanğın zamanı insanların köçürülməsi üçün təxliyə planı
    tərtib edilməyib, çardaq hissənin taxta konstruksiyaları odadavamlı məhlulla
    hopdurulmayıb, elektrik naqillərinin izolyasiyasının gərginliyə qarşı
    müqavimətinin yoxlanılması barədə akt mövcud deyil, yanğın təhlükəsizliyinin
    təmin edilməsi dair yanğına qarşı rejim müəyyən edilməyib, yanğınxəbərverici
    siqnalizasiya sistemi quraşdırılmayıb, obyektin ərazisində hidrant və yanğın su
    hovuzu mövcud deyil və tüstüyə qarşı müdafiə sistemi ilə təmin edilməyib.
    Belə ki, Saatlı rayonu H.Əliyev prospekti 56 ünvanında yerləşən “Xəyal” şadlıq
    sarayı ilə bağlı mənə bir verilmiş bütün cavablardan məlum olur ki, bu şadlıq
    sarayında heç bir şey qaydasında deyil. “Xəyal” şadlıq sarayı Dövlət Şəhərsalma
    və Arxitektura Komitəsində qeydiyyatda deyil, Ekoloji olaraq ətraf mühitə zərər
    verir, Qida təhlükəsizliyi sahəsində çox ciddi nöqsanlar var və ən əsası isə Yanğın
    təhlükəsizliyi sahəsində çox ciddi nöqsanlar var. Bəs bu şadlıq sarayı necə
    fəaliyyət göstərir? “Xəyal” şadlıq sarayında yanğın təhlükəsizliyi sahəsində
    çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya
    sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı
    müəyyən edilir. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının
    davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə
    genişlənərək faciəni qaçılmaz edə bilər. Məhz bu səbəbdən də mən Fövqəladə
    Hallar Nazirliyinə müraciət edərək bu şadlıq sarayının fəaliyyətinin
    dayandırılmasını xahiş etdim. Hələki müraciətimə düzgün baxılmadığı üçün
    aidiyyatı üzrə şikayət etmişəm. Çünkü bu şadlıq sarayında toy zamanı baş verə
    biləcək yanğın hadisəsində çox sayda insan tələfatı ola bilər. Buna göz yumaq?
    Lakin mənim bu müraciətimdən sonra “Xəyal” şadlıq sarayının sahibi, sahibkar
    - 3-
    Hüseynov Bəxtiyar Hüseyn oğlu təcili olaraq “Xəyal” şadlıq sarayını keçirdi şəhid
    anasının adına (həmin şəhid anası onun yaxın qohumudur, adını qeyd etmək
    istəmirəm). Səbəb isə bu qədər qanun pozuntusunun üzərini ört-basdır etmək və
    cərimələri ödəməmək idi. Bu şəxs fikirləşir ki, əgər şadlıq sarayını şəhid anasının
    adına keçirsə qanunsuz işlərini davam etdirə bilər və ona kimsə gözün üstə qaşın
    var deməyəcək. Mən şəxsən eşitdikdə Bəxtiyar, öz şadlıq sarayını şəhid anasının
    adına keçirib çox sevindim ki, şəhid ailəsi də buradan xeyir görər, sonra öyrəndim
    ki öz yaxın qohumudur. Adama deyərlər əgər belə şəhid ailəsi düşünən adamsansa
    nəyə görə onların evləri qəzalı vəziyyətdə olanda ev tikmirdin və həmin şəhid
    anası efirə çıxıb cənab Prezident İlham Əliyevə müraciət edirdi?
    https://www.youtube.com/watch?v=-nVR2uQQKHo (həmin müraciət)
    Əlbətdə ki, mən bu məsələni bu qədər ictimailəşdirmək fikrində deyildim. Lakin
    mənə zəng gəldi ki, səndən şikayət var Saatlı rayon Prokuroru səni çağırır. Bir neçə
    gündən sonra isə məni Saatlı rayon Polis Şöbəsinin təhqiqatçısı şöbəyə dəvət etdi.
    Səbəb isə “Xəyal” şadlıq sarayının sahibkarı olan şəhid anasının məndən şikayət
    etməsi idi. Təbii ki, şikayət tamamilə əsassızdır. Ekologiya və Təbii Sərvətlər
    Nazirliyindən gələn məktubda “Xəyal” şadlıq sarayının rəhbəri Hüseynov Bəxtiyar
    Hüseyn oğlu olaraq qeyd edilib. Təkrar qeyd edirəm ki, bütün bu qanunsuz
    əməllərini ört-basdır etmək üçün təcili olaraq şadlıq sarayını keçirdi qohumu olan
    şəhid anasının adına və sonra da həmin şəhid anasının adından məndən şikayət
    olundu. Əminliklə deyə bilərəm ki, həmin şəhid anasının edilən şikayətdən xəbəri
    belə yoxdur, sadəcə olaraq sahibkar Hüseynov Bəxtiyar Hüseyn oğlu şəhid
    anasının əli və hüquq-mühafizə orqanlarının vasitəsi ilə mənə qarşı təziqlər
    göstərmək istəyir ki, mən şikayətlərimi dayandırım.

    Dövlət qurumlarının verdiyi cavablardan açıq-aşkar görünür ki, “Xəyal” şadlıq
    sarayında hər sahədə qanunsuz hallar var və ən əsası da qida və yanğın
    təhlükəsizliyi sahəsində olan ciddi nöqsanlar sabah faciə ilə nəticələnə bilər. Əgər
    bu faciə zamanı insan tələfatı olarsa buna görə cavabı kim verəcək? Əgər mən
    bugün istehlakçı olaraq tam qanuni formada şikayət edərək şadlıq sarayının
    bağlanmasını istəyirəmsə bu mənim hüququmdur. Burada heç bir qanunsuz hal
    yoxdur. O zaman bütün sahibkarlar öz bizneslərini şəhid ailəsinin adına keçirib
    istədiyi qanun pozuntusunu edə və cərimələri ödəməyə bilər fikri yaranır.

    Əgər bir sahibkar şəhid anasının adından istifadə edərək etdiyi qanun pozuntularını örtbasdır etmək və sadə bir vətəndaşa təziq göstərmək istəyirsə buna deyiləcək sözüm
    yoxdur. Ümüd edirəm ki, aidiyyatı qurumlar bu şəxs barədə qanuni ölçü götürəcək.
    Bu müraciətimə görə məsuliyyət mənə aiddir və buna görə də medai
    nümayəndələrindən xahiş edirəm bu müraciətimi saytlarda işıqlandırsınlar.
    Müraciətimdə bəhs etdiyim bütün dövlət qurumlarının məktublarını əlavə edirəm.

    İmza: Asim Əliyev
    Tarix: 4 iyul 2023-cü il


    PAYLAŞ:

    Oxşar xəbərlər