Biləsuvar və Cəlilabad rayonlarının bəzi kəndlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Bu barədə rayon sakinləri məlumat verib.
Sakinlərin bildirdiyinə görə, güclü külək və leysan səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Qeyd edək ki, hazırda hər iki rayonda küləklə müşahidə olunan leysan yağır. Hələlik leysanın digər fəsadları haqqında məlumat yoxdur.//report