Bakıda hazırda sıxlıq müşahidə edilən yollar

Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
  • Cəmiyyət

  • Bakıda bir sıra yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

    Bu barədə Leqal.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

    Hazırda yollardakı vəziyyət:

    1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

    2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    3. “20 Yanvar” dairəsində;

    4. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;

    5. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

    6. Babək prospekti, mərkəz istiqamətində;

    7. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);

    8. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    9. 28 May və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    11. Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində;

    12. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

    13. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

    PAYLAŞ:

    Oxşar xəbərlər