“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda tədbir

“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda tədbir
  • Cəmiyyət

  • YAP Masallı Rayon Təşkilatı  Mərkəzi Kitabxana Sistemi ərazi partiya təşkilaında “Heydər Əliyev İli” çərçivəsində  “Heydər Əliyev və Müstəqil Azərbaycan ” mövzusunda fəal qadınlarla görüş keçirmişdir.Tədbirə başlamazdan öncə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə ilk çıxış edən YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev Ulu Öndər Heydər Əliyevin yaşadığı  mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi  haqqında məlumat verib. O, bildirib ki, ümumilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərib. Ulu Öndərin istər sovet dövründə, həmçinin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə dövlətçiliyin möhkəmləndirilməsində, milli ruhun, azərbaycançılıq məhkurəsinin yüksəldilməsində, yerli kadr potensialının yetişdirilməsində  xidmətlərindən bəhs edib.

    Sonra Yelağac kənd orta məktəbinin direktoru Sevil Ağammədova və Masallı Regional Kollecin əməkdaşı Gülşən İsayeva məruzə ilə çıxış ediblər. Onlar çıxışlarında bildiriblər ki, dövlət və xalq qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan ümumilli lider Heydər Əliyevin mənalı ömür yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ölkəmizin dünyada nüfuzlu dövlətlərdən birinə çevirilməsində Ulu Öndərin müdrik  və uzaqgörən siyasəti, zəngin dövlətçilik  təcrübəsi, qətiyyəti və dəmir iradəsi mühüm rol oynamışdır. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Heydər Əliyev  Azərbaycan xalqının qəlbində yaşayacaqdır.















    PAYLAŞ:

    Oxşar xəbərlər