Şuşada Tarixi Konfrans - keçmişdən bu günə və gələcəyə

Şuşada Tarixi Konfrans - keçmişdən bu günə və gələcəyə
  • Cəmiyyət

  • May ayının 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması- keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Konfrans ADA Universitetinin təşkilatçılığı ilə keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edən xarici dövlətlərin bir sıra elm və tədqiqat adamlarının suallarına cavab vermiş və gələcək planlar, görüləcək işlər haqqında danışmışdır. 
                 
    Tədbirdə ABŞ-ın Prinston Universitetinin Yaxın Şərq Araşdırmaları üzrə professoru Maykl Reynolds, ABŞ-ın Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokor, Böyük Britaniyanın “Methkins” şirkətinin enerji təhlükəsizliyi üzrə mütəxəssisi Con Roberts, Macarıstanın Beynəlxalq Əlaqələr İnstitutunun tədqiqatçı professoru Vasa Laslo, ABŞ-ın Hərbi Dəniz Donanması Ali Məktəbinin professoru Brenda Şafer, Böyük Britaniya Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun beynəlxalq təhlükəsizlik araşdırmaları üzrə direktoru Neyl Melvindir, Albaniya Beynəlxalq Araşdırmalar İnstitutunun İdarə Heyətinin üzvü Arian Starova,Beynəlxalq Böhran Qrupunun Türkiyə üzrə direktoru Nigar Göksel, ABŞ Beynəlxalq Məşvərətçilər Sammitinin icraçı direktoru Devid Merkel, Gürcüstanın “Geocase” təşkilatının sədri Viktor Kipiani, Birləşmiş Ştatların “İrs Fondu”nun (The Heritage Foundation) nümayəndəsi Viktoriya Kouts, Pakistanın Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzi Mahmud Həsən xan, Böyük Britaniyanın Xarici İnkişaf İnstitutunun (ODI) qlobal risk üzrə eksperti İlayda Nichar, Böyük Britaniyanın “Energy Intelligence” nəşrinin redaktoru Maykl Ritçi, ABŞ-ın “ALG Transportation” şirkətinin rəhbəri Fərhad Azima iştirak etdilər. Prezidentə Azərbaycan - Ermənistan arasında baş verən münasibətlər, hal hazırki status kvo və Azərbaycanı irəlidə gözləyən inkişaf yolu haqqında suallar ünvanlandı.  Prezident hal hazıra Azərbaycanın qalib dövlət olaraq işğaldan azad edilmiş torpaqlarda aparılan inkişaf və yenidənqurma işlərinə göstərdiyi diqqətin gözlə görüldüyünü və buna görədə bu konfransın Qarabağda, Şuşada keçirildiyini söylədi, gələcəkdə Azərbaycanın inkişafının daha da yüksək səviyyələrə qalxacağından əminliklə bəhs etdi.
                 
    Prezident İlham Əliyev cıxışında bildirmişdir ki,II Qarabağ müharibəsi bitəndə heç də çoxu sonra nəyin baş verəcəyini bilmirdi. Çünki üçtərəfli bəyanat atəşkəs razılaşması deyil. O, həmçinin sülh sazişi də deyil. Beləliklə, sonra nəyin baş verəcəyi böyük sual işarəsi idi. Beləliklə, biz təşəbbüs göstərdik, biz inteqrasiya olunmuş Cənubi Qafqaz, regional əməkdaşlıq, münasibətlərin normallaşması üçün gələcəyə baxışı irəli sürdük. Buna görə biz sülh danışıqlarına başlamaq təşəbbüsünü irəli sürdük. Bütün istiqamətlərdən səs çıxmadı. Biz müəyyən vaxt gözlədikdən sonra tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdük. Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə psixoloji nöqteyi-nəzərdən, normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən yəqin ki, onlar üçün çətin idi. Sonra isə bizdə Ermənistanın ciddi danışıqlarda iştirak etmək istəməməsi səbəbindən yenə də uzun fasilə oldu.
                 
    Avrasiyanın üzləşdiyi risk və təhdidlər, yeni çağırışlarla bağlı beyin mərkəzlərinin iştirakı ilə ölkəmizdə müzakirələrin aparılması artıq ənənə halı alıb. Budəfəki konfransın Şuşada keçirilməsi isə erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətli idi. Bu konfrans, eyni zamanda, postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanları ilə bağlı müzakirələrin aparılması, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli platforma olaraq qiymətləndirilə bilər. Azərbaycanın Heydər Əliyev siyasəti altında inkişafı dünya siyasətçilərinin hələ də maraqlı olduğu mövzulardan biridir.


               
    Çingiz Qurbanov,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı 
    PAYLAŞ:

    Oxşar xəbərlər