Ali Məhkəmənin bayrağı ilk dəfə “Heydər zirvəsi”ndə

Ali Məhkəmənin bayrağı ilk dəfə “Heydər zirvəsi”ndə
  • Cəmiyyət

  • Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov, Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının sədri Raqib Qurbanov və Ali Məhkəmənin Məhkəmə işlərinin idarə edilməsi şöbəsinin müdir müavini Ruhin Yolçuyev “Heydər zirvəsi”nə yürüş ediblər.

    E-huquq.az xəbər verir ki, yürüş iştirakçıları ölkəmizin ən ucqar kəndlərindən biri olan Xınalıqdan hərəkətə başlayaraq, Böyük Qafqaz dağlarının Qızılqaya silsiləsində, dəniz səviyyəsindən 3758,6 metr hündürlükdə yerləşən mürəkkəb relyefə malik “Heydər zirvə”sinə sərt iqlim şəraitində əzmkarlıq nümayiş etdirməklə qalxaraq, Ulu Öndərin unudulmaz xatirəsini dərin ehtiramla anıblar.

    Azərbaycan Respublikası Ali Məhkəməsinin rəmzi olan bayraq ilk dəfə "Heydər zirvə"sində dalğalandırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər