Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı.Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir.
Azərbaycan öz müstəqilliyini əldə etdiyi bir zamanda o dövrkü hakimiyyətin səriştəsizliyindən zorla düçar olduğumuz müharibədəki uğursuzluqlarımız, torpaqlarımızın işğalı, daxildə kürsü davası, vətəndaş müharibəsi təhlükəsi, bəzi xarici qüvvələrin havadarlığı ilə daxildə parçalanma təhlükəsi Azərbaycanı sanki siyasi xəritədən silinmək təhlükəsi ilə üz – üzə qoymuşdur. Belə çətin anlarda xalqımızın bir yolu vardı. Ulu öndərimiz Heydər Əliyevi Bakıya dəvət etmək və xalqı bu bəladan qurtarmaq.
Məhz Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verǝrǝk Bakıya gəlməsi, iyunun 15- də Ali Sovetin sədri seçilməsi və iyun ayının 24- də Azərbaycan Respublikası Prezidenti səlahiyyətlərini icra etməyə başlaması ilə Azərbaycanın xoşbəxt gələcəyinin təməli qoyuldu. İlk öncə ölkədə qardaş qırğını təhlükəsinin qarşısı alındı, atəşkəs elan olundu, problemlər aradan qalxmağa başlandı, bir sözlə Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas oldu.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin balaca fidanlar tərəfindən öyrənilməsi bizim əsas məqsədimizdir. Onun körpələrə olan diqqət və qayğısını bu gün bizlər də özümüzə nümunə götürərək yola çıxmışıq. Hər zaman fərqlənən “Viləş” körpeler evi- uşaq bağçası kollektivi olaraq biz bu gün balaca fidanlarımıza dahi siyasətçi, Ulu Öndər Heydər Əliyevin vətəninə, millətinə, dövlətinə necə sahib çıxdığını və onun yolunu getməli olduğumuzu aşılayırıq. Çünki, bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevdir.
Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə
edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.
Şəfa ALLAHVERDİYEVA,
YAP Masallı Rayon Təşkilatı, "Viləş"uşaq bağçası-körpələr evinin direktoru və ərazisi partiya təşkilatının sədri.