Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı
  • Cəmiyyət

  • Azərbaycanda aprelin 24-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometreologiya Xidmətindən Leqal.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-22°, bəzi yerlərdə 25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütuna enəcək. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər