Cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar

Cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar
  • Cəmiyyət

  • Ölkəmizin tarixində ilk dəfə olaraq 2018-ci ildə iqtidar Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi.Həmin təşəbbüsə uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzaladı.Sərəncama əsasən seçkilər 2018-ci il aprelin 11-nə təyin edildi. Növbədənkənar prezident seçkilərinin keçirilməsini bir sıra amillər şərtləndirmişdi.Hər şeydən əvvəl ,Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə,ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına ,millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına,güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi.Regional və qlobal miqyasda proqnozlaşdırılmayan proseslər getdiyindən keçirilən demokratik seçkilər həm də Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirəcəkdi.
                   
    Prezident seçkiləri Azərbaycanın dövlət müstəqilliyi tarixində əhəmiyyətinə görə ən taleyüklü hadisələrdən biri idi.11 apreldə seçkilər keçirildi.Seçicilər məntəqələrə gələrək iradələrini bildirdilər.Seçkilərdə 8 namizəd mübarizə aparırdı. Seçkidə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev seçicilərin 86.02 faiz səsini qazanaraq qalib gəldi.Azərbaycan xalqının iradəsini əks etdirən seçkinin nəticələri bir daha sübut etdi ki,vətəndaşlar dövlətin gələcək inkişafını məhz Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən siyasi kursun Prezident İlham Əliyevin mövcud şəraitə uyğun olaraq davam və inkişaf etdirilməsində görür.Azərbaycan xalqı real işlərə ,sabit,davamlı inkişafa,tərəqqiyə və təhlükəsizliyə səs verdi.Seçkilər ədalətli və şəffaf şəkildə keçirildi. Andiçmə mərasimindəki nitqində Prezident İlham Əliyev hədəfləri müəyyənləşdirir:“Biz öz torpaqlarımızı azad edəcəyik”.Dövlət başçısı qətiyyətlə bildirdi:Biz istədiyimizə nail olacağıq.Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
             
    Növbədənkənar prezident seçkilərindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu.Həmin mərhələ islahatların dərinləşdirilməsi və təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsinə son hazırlıq işləri ilə səciyyələnirdi. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan məğlub edildi və torpaqlarımız işğaldan azad olundu.


    Aidə Şıxəliyeva,
    Dəlləkoba kənd Elşən Heybətov adına ümumi orta məktəb
    PAYLAŞ:

    Oxşar xəbərlər