2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtiadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir.
Həqiqətən də Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoyub. Azərbaycan bir sıra beynəlxalq enerji layihələrinin memarına çevrilib.
Ölkəmizin tarixində ilk dəfə olaraq 2018-ci ildə iqtidar Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Həmin təşəbbüsə uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən seçkilər 2018-ci il aprelin 11-nə təyin edildi.
Prezident seçkiləri Azərbaycanın dövlət müstəqilliyi tarixində əhəmiyyətinə görə ən taleyüklü hadisələrdən biri idi. Ölkənin kifayət qədər güclənməsi, regional proseslərdə həlledici söz sahibinə çevrilməsi və beynəlxalq proseslərə təsir imkanları qazanması seçkilərə beynəlxalq diqqəti artırırdı. Seçkilərin nəticələri təkcə Azərbaycan deyil, regionda geosiyasi proseslərin gələcəyi üçün də böyük əhəmiyyət daşıyırdı.
11 aprel, 2018-ci il növbədənkənar prezident seçkisində İlham Əliyev dördüncü dəfə xalqın etimadını qazanaraq yüksək səs çoxluğu ilə ölkənin ən ali kürsüsünə yenidən seçildi. Bu tarix həm də Azərbaycan dövlətinin və xalqının növbədənkənar, təxirəsalınmaz və inanılmaz dərəcədə mümkünsüz görünən bir probleminin çözülməsi üçün başlanğıc oldu. Qarabağın azad olunmasının ilk anonsu məhz xalqın, cəmiyyətin 11 aprel 2018-ci ildə Prezidentə yenidən etimadı, inamı oldu. Prezident İlham Əliyev 4 il əvvəl, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciətində demişdi: «Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq».Dövlət başçısı hər bir çıxışında, görüşlərində, müraciətlərində, təbriklərində hər zaman da bəyan edirdi ki, danışıqlar nəticəsiz qalacağı təqdirdə, güclü Azərbaycan Ordusu öz sözünü deyəcək.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikası 2018-ci ilə qədər olduğu kimi, ondan sonra da böyük tarixi uğurlara imza atdı. Elə prezident seçkisi ili 2016-cı il Aprel döyüşlərindəki hərbi uğurlarımız, Azərbaycan Ordusunun daha da gücləndirilməsi, müdafiə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində ölkə Prezidenti İlham Əliyev tərəfindən təsirli addımlar davam etdirilib. Ordunun ən müasir silah-sursat və texnika ilə təchizi daha da sürətləndirilib
Prezident İlham Əliyev hər zaman ölkəni və xalqı daha böyük uğurlara aparmaq əzminə, iradəsinə malik olduğunu nümayiş etdirir”.
Elanora Babayeva,
Masallı rayon N.Nərimanov adına şəhər2 saylı məktəb