Siyasi dialoqla bağlı dövlətin təşəbbüsü

Siyasi dialoqla bağlı dövlətin təşəbbüsü
  • Cəmiyyət

  • Ölkəmizdə çoxpartiyalı sistemin yaradılması demokratik mühitin formalaşmasına öz töhfəsini verir. Dialoq dövlətin və cəmiyyətin inkişafını şərtləndirən ən vacib elementlərdən biridir. Düşünürük ki, bu və ya digər məsələlərin həllinə nail olmaq, ölkədə inam və etimad mühitinin formalaşması üçün iqtidar və müxalifət nümayəndələri arasında siyasi dialoqun həyata keçirilməsi vacibdir və ən düzgün yoldur. Azərbaycan hakimiyyəti hər zaman siyasi mədəniyyət nümunəsi olan dialoqun tərəfdarı kimi çıxış edir və bu yönümdə qətiyyətli addımlar atır. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ilin prezident seçkilərindən sonra dərinləşən islahatlar prosesi bütün sahələri, o cümlədən siyasi sistemi əhatə edərək yeni bir mərhələnin əsasını qoyub. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Siyasi partiya rəhbərləri ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev arasında görüşlərin keçirilməsi və təkliflərimizin dinlənilməsi tərəfimizdən müsbət qiymətləndirilir. Bu dünya praktikasında da belədir.

    Siyasi partiyaların cəmiyyətdə rolunun artırılması üçün Prezident tərəfindən verilmiş göstərişlər var və müvafiq Administrasiyanın müvafiq şöbəsi də bunu uğurla yerinə yetirməkdədir. Bütün bu addımlar ölkəmizdə çoxpartiyalı sistemin inkişafına xidmət edir. Dövlət başçısının qeyd etdiyi kimi, hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Əgər, doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün əsas spektr mövcud olmalıdır.

    Hakimiyyət tərəfindən atılan bu kimi addımlar, eyni zamanda, siyasi dialoqun müxalifət partiyaları tərəfindən dəstəklənməsi, ən əsası ümummilli məsələlərin həllində bir araya gəlib ümumi mövqenin ortaya qoyulmasına göstərilən səylər onu göstərir ki, artıq bu münasibətlərdə tamamilə yeni bir yanaşma mövcuddur”. Dövlət başçısının siyasi qüvvələrlə dialoq təşəbbüsü ilə çıxış etməsi ölkəmizdə siyasi münasibətlərin yeni zəmində qurulacağına, milli maraqlar naminə iqtidar-müxalifət əməkdaşlığına daha çox diqqət yetiriləcəyinə, siyasi münasibətlərdə ciddi yeniliklərin baş verəcəyinə əminlik yaradır”.

    Sayları az olmasına baxmayaraq, bu cür qüvvələr hələ də bütövlükdə, müxalifət adından danışmağa, onun funksiyasını təkbaşına mənimsəməyə çalışırlar ki, bu da heç bir halda qəbul edilə bilməz və edilmir. Artıq tam əminliklə demək olar ki, qeyd etdiyiniz kateqoriyadan olan qüvvələr cəmiyyət içərisində öz azsaylı dayaqlarını günü-gündən itirməkdədirlər və öz fəaliyyətlərinə düzəliş etməyəcəkləri halda siyasi səhnədən tamamilə silinəcəklər. Müxalifətin başlıca məqsədi yalnız iqtidarın bu və ya digər sahədəki fəaliyyətini tənqid etməklə yekunlaşmamalı, eyni zamanda cəmiyyətdəki mövcud siyasi qüvvələr arasında sivil münasibətlərin qurulmasını, milli məsələlərin həllində vahid mövqe nümayiş etdirilməsini də əhatə etməlidir. Hesab edirəm ki, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə 50-yə yaxın siyasi partiyanın birlik nümayiş etdirməsi bunun bariz nümunəsi oldu.



    Elçin Ağayev,
    Masallı Dövlət Regional Kollecin Tələbə-Gənclər Təşkilatının Sədri

    PAYLAŞ:

    Oxşar xəbərlər