Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir

Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir
  • Cəmiyyət

  • Ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini bildirən və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi təsvir edən Prezident İlham Əliyev qeyd etmişdir. "Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər ,onları dilə gətirirlər, diqqətə çatdırırlar bu çox müsbət haldır . Ancaq eyni zamanda bir daha demək istəyirəm ki ,bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır,bu da bizim müstəqilliyimiz ,dövlətçiliyimiz və dövlət maraqlarıdır"
               
    Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrin dərinləşdirilməsinə xidmət edir. Siyasi proseslərə qiymət verərkən,obyektivlik naminə nəzərə alınmalıdır ki,ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır. 
               
    Dialoq prosesi keyfiyyət etibarı ilə artıq yeni və fətqli müstəvidə inkişaf edir.  Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq yeni daha təkmil və konstruktiv modelə transformasiyaya uğrayıb . Belə ki, qəbul olunmuş "Siyasi partiyalar haqqında" yeni Qanun "dialoq" məfhumunu siyasi politoloqlar arasındakı münasibətlərin legitimliyini şərtləndirən əsas amillərdən birinə çevirib . Odur ki, sağlam dialoqu inkar edən qüvvələr siyasi münasibətlərdə irrasional tərəf kimi çıxış edir.
           
    Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin dövlət başçısının həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləməsi aparılan siyasi diaoqun bariz nümunəsidir. Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı 49 siyasi partiya beynəlxalq və regional təşkilatlara birgə bəyanat və müraciətlər ünvanlaması bu baxımdan xüsusi qeyd olunmalıdır. Dayanıqlı inkişaf, sabitlik, milli həmrəylik mühiti, peşəkar münasibətlərin təşviqi və demokratik ənənələrin formalaşması kimi vəzifələri özündə ehtiva edən islahatlar qaçılmazdır və siyasi münasibətlər sisteminə də sirayət edir. Dövlətimizin başçısının “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.” – fikri ölkəmizdə siyasi dialoqun inkişafına ayrılan yüksək diqqətin sübutudur. Bu gün ölkədə həyata keçirilən siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır.



    Ramin Məmmədov,
    Masallı rayonu Ərkivan qəsəbə C.Cabbarlı adına tam orta məktəbin kimya-biologiya müəllimi  Mirzəxan oğlu


    PAYLAŞ:

    Oxşar xəbərlər