Azərbaycan daha böyük potensiala malikdir

Azərbaycan daha böyük potensiala malikdir
  • Cəmiyyət

  • 14 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirmişlər.

    İlk öncəAlmaniya Federativ Respublikanın Kansleri Olaf Şolts Prezident İlham Əliyevi salamlamış və dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirmişdir.

    Prezident İlham Əliyev də öz növbəsində dəvətə və səmimi qəbula görə Almaniya Federativ Respublikasının Kanslerinə təşəkkürünü bildirmişdi.
    Sonra İlham Əliyev iki ölkə arasındakı münasibətlərin inkişafından danışmış və iki ölkə arasındakı münasibətlərin daha da yaxşılaşmasının dinamikasını qeyd etmişdir.

    Prezidentimiz qeyd etmişdir ki,keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir.Memorandumun sürətlivəvaxtında icrası bir daha göstərir ki,Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır.

    Biz Avropa məkanına qaz ixracatımızı artırırıq.2021-ci ildə əgər Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə,bu il bu rəqəm təqribən12 milyard kubmetrə çatacaqdır.Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox,yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir.Mən almaniyalı iş adamlarını Azərbaycana dəvət etdim ki,onlar gəlsinlər və bizim müvafiq qurumlarla təmaslar əsnasında gələcək biznes imkanlarını yaxından incələsinlər.

    Sonra cənab İlham Əliyev öz çıxışında regional təhlükəsizlik məsələlərini müzakirə etdi.Ermənistan -Azərbaycan normallaşma prosesi ilə bağlı Azərbaycanın mövqeyini bildirdi.Prezident birmənalı olaraq dedi:Almaniyanın mətbuat nümayəndələri bilsinlər ki, Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalmışdır.Bu işğal etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizə yaxını işğal altına düşdü və bir milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulmuş və qaçqın-köçkün vəziyyətinə düşmüşdür.Biz iki il yarım bundan əvvəl Vətən müharibəsi nəticəsində öz ləyaqətimizi ,ərazi bütövlüyümüzü,hüquqlarımızı döyüş meydanında bərpa etdik.Ermənistanı məğlub etdik və məcbur etdik ki,Ermənistan bizim torpaqlarımızdan çıxsın.

    Beləliklə,28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı olmuşdur.İndi isə sülhün zamanı çatıbdır.Biz Ermənistana sülh təklif etmişik,5prinsip əsasında sülh müqaviləsini təklif etmişik.Ümid edirəm ki,Ermənistan bu şansı qaçırmayacaq,nəhayət,Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlanacağını bildirən dövlət başçısı bəyanatını bitirmişdir.



    Arif Əzimov,
    YAP Masallı Rayon Təşkilatı 
    Masallı Rayon İcra Hakimiyyəti 
    Ərazi partiya təşkilatının sədr müavini.
    PAYLAŞ:

    Oxşar xəbərlər