Bildiyiniz kimi Qarabağ azad olandan sonra prezident ailəsi ilə birlikdə artiq üçüncû bayramdi ki, Şuşada qeyd edir. Xalqimizi əziz və qədim bayramimiz olan Novruz bayrami münasibətiylə ürəkdən təbrik eden ölkə başçisi çox xoşbext olduğunu bildirdi, çünki təbriki qarabağ diyarindan söyleyirdi.
Ölkə başçisi bu xoşbəxtliyi və azadliği bizə bəxş edən şəhidlərimizi hörmətlə yad etdi. Onlara Allahdan rəhmət dilədi. Prezident qeyd etdi ki,ikinci Qarabağ müharibəsində bütün Azĕrbaycan xalqi bir yumruq kimi birləşmişdir. Xalqimiza həmişə qələbə yaraşir. Xalqima yeni uğurlar və qələbələr arzulayiram!
Bizim torpaqlarimiz otuz il düşmə tapdağinda qalmişdir. Mənfur düşmən bizlərə qarşi amansiz soyqrim törətmişdir. Yüz minlərlə soydaşimiz yurd - yuvasindan didərgin düşmüşdür. Biz bunu unutmadiq və unutmamaliyiq.
Biz bu otuz il ərzində hər nə qədər haqqli olsaqda haqq səsimizi dünyaya çatdira bilmirdik. Biz öz haqqimizi döyüş meydaninda bərpa etdik. Qirx dörd gün ərzində biz dūşməni öz torpağimizdan çixartdiq. Qarabağda Azərbaycan bayrağini ucaltdiq.Bu qələbə çoxəsirlik tariximizin parlaq səhifəsidir.
Əfsuslar olsun ki, bu Ermənistan üçün dərs olmayib. Çünki biz görürük ki, hələdə ölkəmizə qarşi ərazi iddialarinda bulunur.Biz otuz il ərzində düşmənlə çalişmişiq ki, sülhü təmin edək. Amma düşmən pis niyyətindən əl çəkmirdi.
İkinci Qarabağ müharibəsi vaxti bizə qarşi nə qədər haqsizliqlar olub, Ermənistana nə qədər yardim göndərilirdi. Hər gün silahlarla dolu yük təyyarəsi göndərilirdi. Ermənistanin müttəfiqləri bizləri müxtəlif yollarla öz mövqeyimizdən çəkindirməyə çalişirdilar.
Heç kes bizi muövqeyimizdən döndərə bilmədi. Öldü var , döndü yox idi bu müharibədə.Bizə qarşi olan hər bir çirkin plana bizim güclü və iradəli ordumuz layiqli cavab verdi.Biz öz tarixi torpaqlarimizi bərpa etdik. Bu bizim tam haqqimiz idi. Indi bu torpaqlarda bərpa təmir işlərinə başlamişiq. Ermənistandan fərqli olaraq biz qurub-yaradiriq.
Taliş kəndində, Hadrut qəsəbəsində, Şuşa da digər ərazilərdə bərpa işləri sürətli şəkildə davam edir. Biz 44 günlük vətən müharibəsində ancaq irəliyə getmişik. Bu gündə ancaq sürətli inkişaf yolunda irəli gedirik.
Ölkə rəhbəri çixişinin sonunda bir daha Azərbaycan xalqini Novruz bayrali münasibətiylə ürəkdən təbrik etdi. Çixisini məşhur "Qarabağ Azərbaycandir!"ifadəsi ilə tamamladi.
Həlimə Məlikova,
Masalli rayon , Böyük Xocavar kəndi. Tarix müəllimi