“Ermənistan rəhbərliyi anlamalıdır ki, sülh zamanıdır”

“Ermənistan rəhbərliyi anlamalıdır ki, sülh zamanıdır”
  • Cəmiyyət

  • Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 9 mart tarixində keçirilən "Dünya Bu gün:Çağırışlar və ümidlər"mövzusunda X Qlobal Bakı Forumunda çıxışında demişdir:

    "Biz ermənilərdən fərqli olaraq,hər hansı hərbi cinayəti törətmədik.Biz ermənilərdən fərqli olaraq, soyqırımı törətmədik.Biz döyüş meydanında qisas aldıq.Beləliklə, hazırda sülh üçün vaxt yetişib.Bunula belə,2020- ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra ,biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik.Ümid edirik ki,vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə gətirəcəklər".

    Burda uduzan tərəf varsa o da Ermənistan rəhbərliyidir.
    Kaputulasiya aktından xeyli müddət keçməsinə baxmayaraq, müstəqil qərar qəbul etmək iqtidarında olmayan Ermənistan rəhbərliyi  bir daha beynəlxalq aləmə əsl simasını göstərir.

    Hazırda regionda  bütün irimiqyaslı iqtisadi layihələr həyata keçirilərkən Azərbaycanın iştirakı olmadan icrası qeyri - mümkündür.
    Bütün beynəlxalq iqtisadi layihələrdən kənarda qalmaqla onsuz da tənəzzül dövrünü yaşayan Ermənistan iqtisadiyyatını daha da dözülməz duruma salmaqdadır.

    Ermənistan hazırda dilənçi vəziyyətində yaşayır.Xaricdən gələn ianə və yardımlar hesabına yaşamaqdansa, beynəlxalq iqtisadi layihələrə qoşulmaq Ermənistanın yeganə nicat yoludur.

    Ermənistan rəhbərliyi anlamılıdır ki,öz xalqının sülh və əmin-amanlıq şəraitində yaşamasını istəyirsə,Azərbaycanla barışmalıdır.Azırbaycanın irəli sürdüyü 5 tələbi sözsüz yerinə yetirməlidir.

    Cənab İlham Əliyevin qətiyyəti sayəsində, Zəngəzur dəhlizi reallaşacaq, Ermənistan tərəfi bunu  istəsə də,istəməsə də.Biz beynəlxalq hüquq çərçivəsində bunu edəcəyik.
    Biz cənab Prezident İlham Əliyevin yürütdüyü siyasəti hər zaman dəstəkləyir,Ali baş komandanımızın iradəsinə və gücünə inanırıq.
    Əminik ki,məhz cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti nəticəsində iki dövlət arasında sülh bərpa olunacaq,
    Azərbaycan regionda həmişə söz sahibi olacaqdır.



    Ziyafəddin Cavadov,
    S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi
    PAYLAŞ:

    Oxşar xəbərlər