Hamımıza məlumdur ki, Yeni Azərbaycan Partiyası dövlətçilik tariximizin ən çətin dönəmində yaranmışdır. Yeni Azərbaycan Partiyasından əvvəl mövcud olan siyasi partiyalar ölkəni düşdüyü ağır, iqtisadi, siyasi, mənəvi böhrandan nəinki, qurtara bilmədi, əksinə hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr Respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çevirdilər. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqımızı son dərəcə narahat edirdi. Dövlətimizin bu ağrılı-acılı günündə xalqımızın xilaskarına, dövlətçiliyimizin möhkəmlənməsinə, var olmağımıza Ulu Öndər Heydər Əliyev yetişdi.
Ulu öndərimiz Heydə Əliyev son dərəcə ağr bir dövrdə Yeni Azərbaycan Partiyasını yaratdı. Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbayacn Partiyası sübut etdi ki, Partiyanın əsas şüarı, vəzifəsi əldə etdiyimiz müstəqilliyi möhkəmləndirmək, demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, vətəndaşlarımızın dinc və firəvan həyatlarını təmin etməkdən ibarətdir.
Artıq Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, eləcə də bütün Cənubi Qafqazın əsl siyasi partiyasına çevrilib. Yeni Azərbaycan Partiyasının bu qədər uğur əldə etməsində Cənab Prezident İlham Əliyevin Həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti mühüm rol oynayır.
Azərbaycan bu gün dünyanın davamlı olaraq ən sürətlə inkişaf edən ölkəsidir. Azərbaycan xalqının güzəranının günü-gündən yaxşılaşmasında, yoxsul vətəndaşlarımızın sayının sürətlə azalmasında, dünyanın ən böyük xadimlərindən biri olan, Yeni Azərbaycan Partiyasının layiqli davamçısı olan Cənab Prezident İlham Əliyevin müdrik, qətiyyətli siyasəti nəticəsində mümkün olmuşdur.
Cənab Prezident İlham Əliyev atdığı hər bir addımında sözünə sadiq olduğunu sübut etdi. Azərbaycanın hər bir bölgəsini, şəhərini, kəndini Cənab Prezident eyni məhəbbətlə sevir. Cənab Prezident İlham Əliyev xalqımızın dahi oğlu Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir.
Azərbaycanın bugünkü inkişafı siyasi, iqtisadi, hərbi, mədəni istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan ölkəyə çevrilir. Bu uğurların əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqlə davam etdirən Cənab Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, və uzaqagörən daxili və xarici siyasəti dayanır.
Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasəti nəticəsində son illərdə ölkəmizdə çox sürətlə, yüksək səviyyədə aparılan ordu quruculuğu artıq öz bəhrəsini verib. Bu gün Azərbaycan dünyanın 50 ən güclü ordusu sırasındadır. Elə bu uğurlu ordu quruculuğu sayəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala son qoyuldu. Birləşmiş Millətlər Təşkilatının uzun illər boyu həll edə bilmədiyi 4 qətinaməni Cənab Prezident rəşadətli ordumuzun və xalqımızın birliyi sayəsində həll etdi.
Bəli Yeni Azərbaycan Partiyası böyük, şanlı yol keçir, üzərinə düşən missiyanı layiqincə yerinə yetirir. Əminliklə deyə bilərəm ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası gələcəkdə də böyük uğurlar qazanacaqdır.
Rafis Babayev,
Hüseynhacılı kənd tam orta məktəbin tarix müəllimi