Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 31 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 828 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 167 nəfər müalicə olunaraq sağalıb, 10 108 nəfər vəfat edib, aktiv xəstə sayı 151 nəfərdir.
Ölkədə son sutka ərzində 1 286, hazırkı dövrədək isə 7 517 428 test aparılıb.