Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 14 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 14 yoluxma faktı qeydə alınıb
  • Cəmiyyət

  • Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 14 yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

    İndiyədək ölkədə ümumilikdə 828 min 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 124 nəfər müalicə olunaraq sağalıb, 10 min 103 nəfər vəfat edib. Aktiv xəstə sayı 125 nəfərdir.

    Ətraflı
    Ad - 00:05
    Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 764, bu günə qədər isə ümumilikdə 7 milyon 513 min 868 test icra olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər