Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1-i vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 828 235 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 986 nəfər müalicə olunaraq sağalıb, 10 099 nəfər vəfat edib, aktiv xəstə sayı 150 nəfərdir.
Ölkədə son sutka ərzində 879, hazırkı dövrədək isə 7 505 997 test aparılıb.