2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan qələbə ,30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması ölkəmizdə gedən bütün proseslərə böyük təsir göstərdi.Tarixi Zəfərimiz Qarabağda genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi ilə davam etdi.İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində sistemli fəaliyyət həyata keçirməklə bərpa-quruculuq işləri aparıldı.
Dövlət başçımız 44 günlük vətən savaşından sonra xalqa müraciətlə dedi:"İndi bizim əsas vəzifəmiz həmin ərazilərin bərpa edilməsi,keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsidir" .Bəli , o gündən həm Azərbaycan xalqı üçün ,həm də Qarabağımız üçün yeni mərhələ başladı.Dağılan yollar yenidən çəkiləcək, yıxılan evlərimiz ucaldılacaq, müqəddəs yerlərimiz bərpa olunacaq. Biz bu yola Qarabağa inkişaf gətirəcək yoldan başladıq.
Bu gün doğma Qarabağımızda yaşayış məskənlərimizi bir- birinə qovuşduran yeni yollar çəkilir,aeroprtlar tikilir,"ağıllı kənd","ağıllı şəhər" layihələri reallaşdırılır.Elektrik yarımstansiyaları quraşdırılır,hər yer yenidən nura,işığa bürünür.Tezliklə bu qədim diyarın əsl sakinləri yenidən öz doğma ocaqlarına qayıdacaq,firavan həyat təmin ediləcək.Füzuli Beynəlxalq Hava Limanı,Zəngilan Hava Liman ,Bülbülün ev muzeyi,Molla Pənah Vaqifin məqbərəsi,o cümlədən büstü ,Üzeyir bəy Hacıbəylinin heykəli,Xarıbülbül və Qarabağ hotellərinin,məktəblərin açılışı....əlamətdar gün kimi Zəfər tariximizin səhifələrinə yazıldı.Bəli,tezliklə bərpa işləri sona çatacaq,soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar,Qarabağın həyatında yeni bir mərhələ başlayacaq.Bu mərhələ həmin ərazilərindən istifadə edərək dayanıqlı inkişafın təmin edilməsi olacaq .Məhz Qarabağın tacı olan Şuşaya və Ağdama avtobus reyslərinin təşkil edilməsi,ardıcıl olaraq bundan sonra görülən işlər bir məqsədə xidmət edir:Azərbaycan iqtisadiyyatının dayanıqlığını təmin edilməklə qarşıya çıxan hər bir çətinlik arxada qoymaqla bizi hər gün Böyük Qayıdışa yaxınlaşdırır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi təhsil sahəsində də yeni bir səhifə açıb. Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə təhsil infrastrukturunun qurulması ilə yanaşı, tarixi hadisənin Azərbaycanda ümumtəhsil sisteminin daha da təkmilləşməsində rolu olacaq: “Hər bir sistemi irəliyə aparan lokomotiv olmalıdır. Vaxtilə işğal altında olan ərazilərimizdə təhsil infrastrukturu da tamamilə dağıdılıb. Ona görə də qarşıda bizi ciddi quruculuq işləri gözləyir.
Qarabağda yaradılacaq məktəblər, yəqin ki, Azərbaycan təhsilinin məzmununda və mahiyyətində dəyişikliklər etməyə imkan verəcək. Bütün bu məktəblər mahiyyətinə, dizaynına görə ən müasir infrastruktura malik olacaq. Zaman sürətlə dəyişdiyindən təhsilin də məzmununun dəyişməsinə ehtiyac var. Bu mənada, azad edilmiş ərazilərə Böyük Qayıdışın başlaması fonunda təhsildə də yeni yanaşmaların həmin məktəblərdə bərqərar olması qarşıda duran əsas hədəflərdəndir. Həmin məktəblərdə şagirdlərə yeni məzmunlu müasir təhsilin verilməsinə imkan yaranacaq. Digər bir məsələ odur ki, işğaldan azad edilmiş ərazilərdə aparılan infrastruktur, tikinti, quruculuq işləri əmək bazarında ciddi aktivlik yaradacaq. Görülən işlərin səmərəliliyini artırmaq üçün ixtisaslı kadrların olması vacibdir.
Hazırda məcburi köçkün ümumtəhsil məktəblərinin köçürülməsi üçün bəlli planlama işlərinin aparıldığını deyən nazir qeyd edib ki, 30 il ərzində çox mühüm dəyişikliklər olub və həmin insanların qayıtması ilə bağlı planlama işi mütləq aparılmalıdır. “Həmin əraziyə qayıdan insanların əmək bacarıqları ilə bağlı məsələ də araşdırılmalıdır.
Müəllimlərin işğaldan azad edilmiş ərazilərdə işləməyə həvəsi böyükdür. Artıq 800-ə qədər müəllim işləmək arzusunu ifadə edib. Amma ilk növbədə həmin ərazilərin sakini olan müəllimlərə üstünlük veriləcək. “Zəngilan, Kəlbəcər, Füzuli şəhərlərində peşə liseylərinin layihələndirilməsinə başlanılıb.
30 il ərzində yalnız bir arzu işğal altında qalmış torpaqlarımızın azad olunması məramı ilə yaşayan Azərbaycan xalqı bu gün ölkə başçımızın yanında olmaqla birlik nümayiş etdirir.
Həşimova Aygül,
C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi