Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan görüş keçirilib.Görüşdə Azərbaycan Respublikasının Prezidenti,Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev içtirak edərək çıxış edib.
Ölkəmizin başçısı tədbirin 2022-ci ilin idman yekunlarının müzakirəsinə həsr olunduğunu bildirib və qüyd edib ki,bu il Azərbaycan idmanı üçün uğurlu il olub.Prezident bunu qarşıya qoyulmuş vəzifələrin icra edilməsi ilə əlaqələndirib.
Ölkə başçısı bildirib ki,idmançılarımız beynəlxalq yarışda 800-dən çox medal qazanmışlar,onlardan 300-ə yaxını qızıl medaldır.Bu,böyük nailiyyətdir.
Dünya,Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər.Cənab Prezident V İslam Həmrəyliyi Oyunlarını xüsusi qeyd etmişdir.Bu oyun 5 il bundan qabaq Azərbaycanda keçirilərkən Azərbaycan komanda hesabında birinci olmuşdur.Bu dəfə isə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşdür.Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır,idmançılarımız dəyişir yeni nəsillər yaranır,uğurlarımız isə daha da artır.
Gənc idmançılarımızın hazırlanması ,əlbəttə ki,mütəşəkkil qaydada təmin edilməlidir. Prezident İlham Əliyev qeyd etmişdir ki,son zamanlar bu sahədə daha məqsədyönlü fəaliyyət göz önündədir. Cənab Prezident son bir neçə ildə bütün ölkə üzrə keçirilən yarıçları müsbət qiymətləndirdiyini bildirmişdir.Onun sözlərinə görə,qarşıya qoyulan vəzifələrdən də biri bu idi ki,bölgələrdə idman canlansın,bir çox yarışlar keçirilsin.Gənclərin idmana cəlb edilməsi onların tərbiyəsinə də çox böyük təsir göstərəcək.Prezident həm də qeyd etmişdir ki,bizim görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır.
İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir.Bu,sağlam həyat tərzinintəbliğidir.Bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var.Bölgələrdə yaranmış Olimpiya İdman Kompleksləri bunun bariz nümunəsidir.Ölkəmizdə həm dünya , həm də Avropa oyunlarıkeçiriləcək.
Görüşdə ölkəmizin başçısı azad edilmiş ərazilərdə keçirilən idman yarışlarından da söz açıb və bildirib ki,bunun çox böyük tarixi əhəmiyyəti var,çünki o torpaqlar indi canlanlır,həyat qayıdır,insanlar qayıdır.Azad edilmiş torpaqlarda indi genişmiqyaslı quruculuq-bərpa işləri aparılır.Şuşada beynəlxalq şahmat yarışı,Suqovuşanda isə beynəlxalq avarçəkmə yarışı keçirilmiçdir.
Prezident İlham Əliyev onu da qeyd etmişdir ki,azad edilmiş ərazilərdə idman qurğularının yaradılması nəzərdə tutulur. Ağdamın məşhur “İmarət”stadionunun yeni layihəsi işlənir.Eyni zamanda Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu.Bütün bunlar deməyə əsas verir ki,Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib.Biz elə gənc nəsil yetişdirmişik ki,həm idman arenalarında,həm də döyüş meydanında ölkəmizin bayrağını zirvələrə qaldırır.Biz II Qarabağ müharibəsi zamanı bunun şahidi olduq.
Sonda cənab Prezident əldə olunan bütün uğurlar münasibəti ilə idmançılarımızı, onların məşqçilərini, idman ictimaiyyətini bir daha təbrik edib, onlara yeni uğurlar, yeni qələbələr arzulayaraq bildirib ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaq.
Ş.Xəlilova,
S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi