Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 106 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 825 min 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 801 nəfər müalicə olunaraq sağalıb, 9 min 993 nəfər vəfat edib. Aktiv xəstə sayı 543 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 184, bu günə qədər isə ümumilikdə 7 milyon 405 min 485 test icra olunub.