Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov vəzifəsindən azad edilib.
Daxili İşlər Nazirliyindən LEQAL.AZ-a verilən məlumata görə, nazir müavini xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Onun yerinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov təyin edilib.
Qeyd edək ki, Oruc Zalov 1998-ci ildən daxili işlər nazirinin müavini vəzifəsində çalışırdı. O bir neçə gün əvvəl Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.