Laçın rayonunun 1 dekabr tarixində işğaldan azad olundu

Laçın rayonunun 1 dekabr tarixində işğaldan azad olundu
  • Cəmiyyət

  • Laçın rayonunun işğaldan azad olunması tarixi hadisə olmaqla yanaşı,həm də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi, apardığı uğurlu daxili və xarici siyasətin bariz nümunəsi idi. Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altında olan Laçın rayonunu işğaldan azad etdi. Azərbaycan Ermənistan qoşunlarının və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayonumuzdan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı. Beləliklə, Azərbaycan Sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. Azərbaycan Vətən müharibəsinin 44 günü (27 sentyabr-9 noyabr) ərzində 4 rayonumuzu  Cəbrayıl , Füzuli, Zəngilan və Qubadlının, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağ ətrafındakı bir çox torpaqları hərbi yolla işğaldan azad edərək, düşməni  darmadağın etdi və Ermənistanı dərin böhrana saldı.
                 
    Üçtərəfli bəyanata əsasən, Azərbaycan atəşkəsin elan edildiyi noyabrın 10- dan dekabrın 1-dək keçən 22 günə siyasi yolla daha əvvəl Ağdam və Kəlbəcəri azad etdi, sonra isə Laçın rayonunu nəzarəti atına keçirdi.Amma düşmən öz xoşuna çıxmadı, rayondan çıxmağa məcbur edildi.
                 
    Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız 5 rayonun qaytarılmasına razılaşmaq üçün təklif edilsə də,Ali Baş Komandan iqtisadi hakimiyyəti diplomatik baxımından gücləndirərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu,bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi- siyasi reallıq yaratdı.
    Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi qələbimizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqi idi.
                 
    Prezident İlham Əliyev həmişə çıxışında demişdir:"Laçın , Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Biz düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Hətta əvvəlki illərdə bəziləri bizə deyirdilər ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm hər kəs mövcud reallıqla barışmalıdır".
                 
    44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət götürdüyü düşmənə məxsus hərbi texnikanın qiyməti bir neçə milyard dollardır. Xarici borc içində üzən Ermənistan üçün böyük zərbə idi. Beləliklə, 01 dekabr 2020-ci il tarixdə erməni işğalı altında olan son rayonumuz - Laçın rayonu Azərbaycan-Ermənistan və Rusiya dövlət  başçılarının 10 noyabr tarixində imzaladığı Birgə Bəyanata uyğun olaraq, dinc yolla öz əsl sahibinə qaytarıldı. 28 ildən sonra erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanmaqdadır. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçın rayonu qan tökülmədən, şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrilmişdir.
               
    Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində söylədiyi bir nitqi bildirmək istəyirəm. "Artıq Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu orduya silahlar, sursatlar ən müasir texnika  verilirdi, özü də pulsuz, bunu hər kəs bilir. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.



    Ziyafəddin Cavadov,
    S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi
    PAYLAŞ:

    Oxşar xəbərlər