Prezident İlham Əliyev beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev beynəlxalq konfransda iştirak edib
  • Cəmiyyət

  • Prezident İlham Əliyev noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda iştirak edib.

    Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

    Prezident bildirib ki, Zəngilan hava limanı mühüm əhəmiyyətə malikdir, çünki yüklərin daşınması daha asan olacaq. Ola bilsin ki, bir gün Zəngilan hava limanının beynəlxalq uçuş əlaqələri olacaq. Niyə də olmasın? Bura Azərbaycanın ən gözəl yerlərindən biridir, çox gözəl təbiəti, təbii bulaqları, çayları, ağacları var. Biz bütün lazımi infrastrukturu yaradanda bura cənnətin bir parçası olacaq. Eyni zamanda, bura Ermənistan sərhədindən uzaqda deyil. Ona görə də sirr deyil ki, bu hava limanı, həmçinin təhlükəsizlik baxımından əhəmiyyət kəsb edəcək. Azərbaycandan keçən yüklərin həcminin artdığını və Azərbaycanın yük təyyarələri parkının genişləndiyini nəzərə alsaq düşünürəm ki, bu, bizim yük təyyarələri parkımız üçün təyinat məntəqələrindən olmalıdır və ola bilər. Yerləşməsi baxımından o, Avropaya yaxındır, cənuba daha yaxındır və ümumiyyətlə, Zəngilan Zəngəzur nəqliyyat dəhlizi üzərində yerləşən mühüm nəqliyyat mərkəzi olacaq".

    Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhlizin inkişafına əsas töhfələrdən biri olacaq . Əgər ölkələrin coğrafi yerləşməsini nəzərdən keçirsək,  Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzərin digər sahilində Azərbaycan, Gürcüstan və Türkiyə,  bu, əlavə imkanlar yaradır. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, bu gün ölkələrimiz arasında yüklərin tranziti artır. Bizdə olan məlumata görə, bu il həmin göstərici 70 faiz, gələn il isə bu rəqəm daha böyük ola bilər. Bütün bu yüklər Mərkəzi Asiyadan Transxəzər marşrutu üzrə Avropaya gedir, dövlət başçısı deyib.

    Prezident İlham Əliyevin sözlərinə görə, ikitərəfli ticarətin artırılması üçün yeni imkanlar mövcuddur. Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, biz indi Türkiyə ilə gömrük rüsumlarından azad ediləcək malların adlarının siyahısının genişləndirilməsi və azad ticarət haqqında saziş üzərində işləyirik.  Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi artıq 4 milyard dollardan çoxdur. Başqa ölkələrlə də eyni vəziyyəti görürük. 

    Hazırda biz Ermənistanın ritorikasında dəyişikliklər görürük. İndi onlar deyirlər ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirlər. Biz bunu dəstəkləyirik. Biz istəyirik ki, bu iki proses  Ermənistan,Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaş- dırılması paralel aparılsın  dövlət başçısı qeyd edib.

    İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Prezident  Əliyev İran-Azərbaycan sərhədində oktyabr-noyabr aylarında əvvəlcə İranın, sonra isə Azərbaycanın hərbi təlimlər keçirdiyinə işarə edərək Azərbaycan İran ilə sərhəddə  hərbi   təlimlər keçirməli olub ki, onlardan qorxmadığını nümayiş etdirsin. Əliyev İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almasının vacibliyini də diqqət mərkəzinə gətirib. Biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq. Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qaldığın qeyd edib.

     

    Yegnə Sadıxova,
    Dəmirçi kənd ümumi orta məktəbinin kitabxanaçısı 
    PAYLAŞ:

    Oxşar xəbərlər