Prezident İlham Əliyevin Albaniyaya işgüzar və rəsmi səfəri uğurlu xarici siyasətin bir daha bariz nümunəsidir

Prezident İlham Əliyevin Albaniyaya işgüzar və rəsmi səfəri uğurlu xarici siyasətin bir daha bariz nümunəsidir
  • Cəmiyyət

  • Müasir dövrdə Azərbaycan Cənub Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil və düşünülmüş xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətndə ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri ölkəmizi beynəlxalq arenada nüfuzunu və etibarlı tərəfdaş imicini gücləndirməkdədir. Azərbaycan Cənubi Qafqazda enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayır. Hamımıza məlumdur ki, ölkəmizin əldə etdiyi bütün uğurlar Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir.

    Məhz bu uğurlu siyasətin nəticəsi özünü Albaniya Respublikasının cənab prezidentimiz İlham Əliyevi Albaniyaya rəsmi və işgüzar səfərə dəvət etməsində göstərir. Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin Albaniyaya səfər və orada keçirilən tarixi əhəmiyyətli görüşlər bir daha təstiq edir ki, Avropa qitəsində yerləşən ölkələr dövlətimizlə əməkdaşlıqda və münasibətlərin daha da  möhkəmlən- məsində maraqlıdır.

    Dünyada yaşanan çoxsaylı mənfi nəticələrdən aslı olmayaraq ölkəmiz ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirir. Müstəqil və çoxşaxəli xarci siyasət kursu Azərbaycanı Avropa regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edir. Ölkə başçısı cənab Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi , siyasi və humanitar əhəmiyyətli layihələrin mərkəzinə çevrilib.

     Hamımıza məlumdur ki, Azərbaycanla Albaniya arasında diplomatik münasibətlər Ulu öndərimiz Heydər Əliyevin ölkəmizi ikinci rəhbərliyi dövründə qurulub. Cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə iki ölkə arasınd  münasibətlər daha  sürətlə inkişaf edib. Elə bu münasibətlərin nəticəsidir ki, dost ölkə olan Albaniya həmişə olduğu kimi II Qarabağ müharibəsində  də Azərbaycanın əraz bütövlüyünü tanıyıb.

    Hər şeydən əvvəl onu vurğulamaq istərdim ki, Azərbaycan və Albaniya  iki dost və strateji tərəfdaş ölkədir. Bu ik dövlət bir-birləri ilə sıx əməkdaşlıq edirlər. Cənab prezidentimiz İlham Əliyevin Albaniyaya rəsmi və işgüzar səfəri tarixi əhəmiyyətə malikdir. Ölkə başçımız Albaniyaya rəsmi səfəri çərçivəsində keçirilən görüşlər onu göstərdi ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın milli maraqlarına uyğun müstəqil siyasət yürütməklə ölkəmizn inkişafı və tərəqqisi naminə mühüm addımlar atır.

     
    Rasif Babayev,
    Hüseynhacılı kənd tam orta məktəbinin
    tarix müəllimi 
    PAYLAŞ:

    Oxşar xəbərlər