İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya göstərdi və bu şanlı qələbə tarixdə əbədi qalacaq. Azərbaycan xalqı müzəffər xalq kimi qürur hissi ilə yaşayacaq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
44 günlük Vətən müharibəsində Azərbaycanın gücünü, rəşadətini, qəhrəmanlığını, xalqımızın birliyini göstərdi. Xalqımız bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirərək 30 illik həsrətə son qoydu.44 günün hər bir günü qəhrəmanlıq dastanına çevrildi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Azərbaycan Respublikası ərazi bütövlüyünü bərpa etdikdən sonra Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibəsi öyrənilməyə başladı. 44 günlük müharibə şanlı tariximizdir. Bu tarix əbədi qalacaqdır,bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir.Əlbəttə ki,texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir.
Vətəni qoruyan, bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər,əgər Vətən sevgisi yoxdursa,əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan.44 günlük müharibə Azərbaycanın gücünü, birliyini bütün dünyaya göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın həmrəyliyini göstərdi.
Biz bir xalq olaraq yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq ərazi bütövlüyümüzü bərpa etdik. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanına çevrildi, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, bir gün də geri addım atmamışıq. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Həmrəylik Azərbaycan xalqının böyük sərvətidir.Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq olaraq öz imzasını atdı.
Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi. Azərbaycanın şanlı Qələbə tarixdə əbədi qalacaq və Azərbaycan xalqı müzəffər xalq kimi,qürur hiss ilə yaşayacaq.
Çingiz Quliyev,
Masallı rayon Musaküçə kənd sakini