8 Noyabr Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazdı. Bəli, 2020-ci il 8 noyabr tarixi - Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi yadda qaldı. 30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə bütün dünyaya səs salmışdır. Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi , ordumuz isə dünyanın ən güclü , peşakar ordusu kimi tarixə yazılmışdır.
44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu , milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Azərbaycan tarixi torpaqlarına qovuşaraq , tarixi zəfərə imza atdı.
Şəhidlərimizin ,Xocalı qurbanlarının ,Gəncə,Bərsə, digər şəhər və rayonlarımızda törədilən soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı.Bu qələbəni ,zəfəri bizə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.
Vətən müharibəsi ilə qazanılan Tarixi Zəfər xalqimız üçün təkcə işğal altında olan torpaqlarımızın azad edilməsi deyil, bu qələbə millətin dirçəlişi,oyanış və özünə qaydışın mənəvi simvolu idi.44 günlük müharibə dünya ictimaiyyətində Azərbaycan və azərbaycanlı obrazının dəyişdiyini ifadə edən qəhrəmanlıq səhifəsidir.
Bu qələbəmiz bizi illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşdurdu və dünyanın illərdir göz yumduğu ədalətsizliyə son qoydu.Vətən müharibəsi Azərbaycan xalqının Zəfər məramına,torpaq və Vətən sevgisinə şahidlik etdi.
8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtarmış və onu qalib xalqa çevirmişdir. Qüdrətli Azərbaycan yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişməyə qadir olduğunu, bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə nümayiş etdirmişdir.
Azərbaycan xalqının qələbəsi ,Zəfəri əbədidir! Zəfər Bayrağımız hər zaman zirvələrdə dalğalanacaq!!
Aygül Həşimova,
C.Cabbarlı adına Ərkivan qəsəbə1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi