Prezident İlham Əliyevin 31 oktyabr tarixli Soçi səfəri

Prezident İlham Əliyevin 31 oktyabr tarixli Soçi səfəri
  • Cəmiyyət

  • Oktyabrın 31 də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərdə olub. Soçi şəhərində keçrilən bu görüşdə  Azərbaycan ,Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü olub . Bu görüşün yekunları ilə bağlı bəyanat qəbul edilib. Bəyanatda bildirilib  ki, Azərbaycan Prezidenti İlham Əliyev,Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl iki dəfə 44 günlük müharibəni başa çatdıran (10 noyabr 2020 ci il ,11 yanvar və 26 noyabr 2021 ci il ) görüşlər olmuşdu.

    Soçi görüşü Azərbaycan ,Ermənistan arasında bundan sonra qurulacaq münasibətlərə bir daha aydınlıq gətirmişdir. Bu üçtərəfli görüşdən sonra Rusiya Prezidenti ,Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin bəyanatla çıxışı növbəti dəfə proseslərin "mayak "ı kimi qabardıldı. Beləki ,Putin iqtisadi əlaqələrin bərpasından danışarkən ilk olaraq nəqliyyat dəhlizinin açılması məsələsindən ,atəşkəsin saxlanılmasından, bölgəyə Rusiya sülhməramlıların yerləşdirilməsindən ,iqtisadi  əlaqələrin bərpasından ,sərhədlərin delimitasiyasl, demokrasiyası və humanitar xarakterli məsələlərlə bağlı faydalı görüş alındığını vurğuladı. Daha sonra İlham Əliyev Rusiyanı dost və strateji tərəfdaş adlandırdı.Qəbul edilən qərarların Cənubi qafqazda vəziyyətin daha təhlükəsiz şərait yaradacağını bildirdi.

    Bu görüşün Azərbaycan üçün mühüm tərəfləri dən biri də Prezident İlham Əliyevin mövqeyi heç bir şərt olmadan sənəddə öz əksini tapdığını göstərdi.Putin də bu görüşün faydalı olduğunu , gələcəkdə mümkün razılaşmalar üçün yaxşı mühit yaradılacağını deyib .Bugünkü diskussiya onu göstərir ki, biz bütün ölkələrimizin gələcəyi barədə də razılığa gələ bilərik. Mən bütün ölkələr dedikdə həm Rusiyanı, həm də bütün region ölkələrini nəzərdə tuturam. Soçi görüşü Prezident İlham Əliyevin qələbəsilə bitdi .Bu görüş Azərbaycan diplomatiyasının yeni uğuru oldu.Ən önəmlisi də odur ki ,bu bəyanatda Azərbaycanın mövqeyi ifadə olundu və Bakı Soçi görüşündə qarşısında qoyduğu bəzi məqsədlərə nail oldu.Bəyanatda Qarabağ ifadəsinin yer almaması ATƏT in Minsk qrupunun adının çəkilməsi də önəmli hadisədir.Bu artıq Minsk qrupunun da tarixdə qaldığının  göstəricisidir.            

               

    Vəfa Mövsümova,
    Masallı şəhəri

    PAYLAŞ:

    Oxşar xəbərlər