Prezident İlham Əliyevin cari ilin 1 noyabr tarixində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı etmişdir

Prezident İlham Əliyevin cari ilin 1 noyabr tarixində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı etmişdir
  • Cəmiyyət

  • Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak etmişdir.
                 
    Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, ilk növbədə, mən Əlcəzair Prezidentinə və Ərəb Dövlətləri Liqasının Baş katibinə dəvətə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Bunu dostluq və qardaşlıq əlaməti hesab edirəm. Bu mötəbər  Sammitdə iştirak etmək və ölkələrimiz arasında birliyi nümayiş etdirmək mənim üçün böyük şərəfdir. Əlcəzairi belə bir xüsusi gündə, Milli Azadlıq Günündə, Milli Ləyaqət  Günündə ziyarət etmək məndə xüsusi məmnunluq doğurur. Mən Əlcəzair Prezidentini və hökumətini, bütün Əlcəzair xalqını Azadlıq Günü münasibətilə təbrik edirəm. Azərbaycan  da Əlcəzair kimi işğaldan əziyyət çəkib.  Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik.
                 
    Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarımıza öz dəstəyini əsirgəməmişdir. Biz İslam həmrəyliyinə kifayət qədər töhfə vermişik. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir.
                     
    Bu gün Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakterə malikdir. 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvü olan Azərbaycan bu əməkdaşlığı daha da genişləndirmək əzmindədir. Təşkilatın Zirvə toplantısındakı şıxışında Prezident cənab İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Azərbaycan Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaş ölkələrdən yenə həmrəylik görür, beynəlxalq təsisatlarda dəstək görür və buna görə çox minnətdardır. Ərəb Dövlətləri Liqasına qardaş ölkə olan Azərbaycan bu həmrəyliyi və birliyi daha da möhkəmləndirmək üçün bundan sonra da əlindən gələni edəcək.
                     
    Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki,Mən bu dəvətə görə Prezidentə və Baş katibə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bir daha qeyd etmək istəyirəm ki, belə bir mötəbər auditoriya önündə çıxış etmək mənim üçün böyük şərəfdir. Sizə və xalqlarınıza xoşbəxtlik, rifah və sülh arzu edirəm. Təşəkkür edirəm.




    Abdulla Abdullayev,
    Masallı rayon Ərkivan qəsəbə 2 saylı tam orta məktəb

    PAYLAŞ:

    Oxşar xəbərlər