Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısının açılış mərasimində iştirak edib. Prezident İlham Əliyevi toplantıda çıxışı edərək dəvətə görə dərin təşəkkür etdiyini bildirmişdir. O,bunu dostluq və qardaşlıq əlaməti hesab etdiyini və belə mötəbər tətbirdə iştirak etdiyindən məmnunluq hissi keçirdiyini bildirmişdir.Prezident eyni zamanda Azadlıq günü münasibətilə Əlcəzair Prezidentini və hökumətini, bütün Əlcəzair xalqını təbrik etmişdir.
Prezident İlham Əliyev Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı dəhşətli müharibə apardığını və bu müharibənin 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələndiyini bildirmişdir. Bu gün bizlər gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.
Prezident çıxışında Ərəb Dövlətlər Liqası ilə Azərbaycan arasında münasibətlərin xüsusi xarakteri olduğunu və gələcək əməkdaşlığımızla bağlı geniş söhbət aparılacağını vurğulamışdır. O, Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusuna üzvü olduğunu və biz əməkdaşlığımızı genişləndirmək istəyiyimizi bildirmişdir.
Eyni zamanda Sammitdə Qoşulmama hərəkatının sədri kimi iştirak etditini Ərəb Dövlətlər Liqasına üzv olan dövlətlərə çox yaxşı münasibətimizin olduğunu bildirmişdir. Əminəm ki, yaxın gələcəkdə də bu münasibətlər yüksələn xətlə inkişaf edəcəkdir.Biz Ərəb Dövlətlər Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa da önəm veririk.Biz aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndiririk.
Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim doğma torpaqlarımız 30-ilə yaxın düşmən tapdağı altında qalmışdır.Bütün bu işğal illər ərzində biz hər zaman ərəb qardaşlarımızın dəstəyini hiss etmişik.44 günlük vətən müharibəsində də biz bu dəstəyi hiss etdik.Azərbaycan öz haqq savaşında qalib gələrək doğma torpaqlarımızı yağı düşməndən azad etdik.
Mən bu dəvətə görə Prezidentə və Baş katibə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bir daha qeyd etmək istəyirəm ki, belə bir mötəbər auditoriya önündə çıxış etməkmənim üçün böyük şəfərdir. Sizə və xalqınıza xoşbəxtlik, rifah və sülh arzu edirəm.
Paşayev Teymur,
Masallı rayon Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbinin laborantı