Çavuşoğlu: “Türkiyənin Azərbaycanla birgə Ermənistanı sülhdə maraqlı tərəfə çevirmək cəhdləri davam edəcək”

Çavuşoğlu: “Türkiyənin Azərbaycanla birgə Ermənistanı sülhdə maraqlı tərəfə çevirmək cəhdləri davam edəcək”
  • Cəmiyyət

  • “Türkiyənin Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanı regionda sülhdə maraqlı olan tərəfə çevirmək cəhdləri davam edəcək”.

    Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin komitə iclasında deyib.

    “Cənubi Qafqazda sülh və rifah üçün Ermənistanla normallaşma prosesini həyata keçiririk”, - nazir bildirib.

    Çavuşoğlu Azərbaycanla müdafiə, enerji, logistika, nəqliyyat sahələrində, eləcə də işğaldan azad edilmiş torpaqların bərpasında hərtərəfli əməkdaşlığın davam etdiyini vurğulayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər