Cəbrayılda mina partlayıb

Cəbrayılda mina partlayıb
  • Cəmiyyət

  • Cəbrayıl rayonunda mina hadisəsi baş verib.

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, noyabrın 2-də Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

    Məlumata əsasən mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər