Prezident İlham Əliyevin 24 oktyabr tarixində Gürcüstana işgüzar səfəri etmişdir

Prezident İlham Əliyevin 24 oktyabr tarixində Gürcüstana işgüzar səfəri etmişdir
  • Cəmiyyət

  •  Prezident İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfər etdi.İlham Əliyevi Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər resmilər qarşılayıblar.

    Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış etdilər.

    İlham Əliyev çıxışı zamanı ilk öncə Gürcüstana dəvət etdijlərinə görə və göstərilən diqqətə görə Gürcüstan rəsmilərinə minnətdarlığını bildirib.Əsrlər boyu Azərbaycan və Gürcü xalqı mehriban qonşuluq və qardaşlıq şeraitində yaşayıblar. İki dövlət arasındakı əlaqələrin təməlində də məhz bu dayanır. Azərbaycan və Gürcüstan bir  çox sahələr üzrə biz fəal əməkdaşlıq edir. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyir, eyni zamanda, ikitərəfli formatda da bir-birini dəstəkləyir. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün bir çox məsələlər müzakirə olundu. Müzakirədə bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər müzakirələrin mərkəzində idi.

     Növbəti dəfə Azərbaycan-Ermənistan mesələsinə toxunan İlham Əliyev bildirib ki,müharibədən sonra Azərbaycanın əsas niyyəti sülh bağlamaq olub.Buna görə Azerbaycan Ermənistan tərəfinə 5 prinsipdən ibarət sülh baglamağı təklif edib.Əsas məsələ Ermənistanın siyasi iradə nümayiş etdirərək müqaviləni  bağlamasıdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün, eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq.

    Daha sonra Azərbaycan-Gürcüstan arasındakı iqtisadi əlaqələrdən bəhs edən İlham Əliyev bildirib ki,9 ay ərzində iki ölkə arasında ticarət dövriyəsi 1 milyon dollara çatıb.  Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir.  Gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi aparılıb.

     Azərbaycan Avropa bazarına qaz ixracatını artırmaq fikrindədir. Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni, Azerbaycanın esas məqsədlərindən biri budur, imkanlarımız da buna çatır. Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, bununla əlaqədar görüləcək işlər həm ikitərəfli formatda müzakirə olunubHəmçinin Azərbaycan Bakı- Suosa kəmərini yenidən istifadəyə vermək fikrindədir.

    Azərbaycan öz elektrik enerjisini də ixrac etmek istəyir və bu ixracin istiqaməti Gürcüstandan keçir. Azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır.

     Yaxin gələcəkdə  Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması planlaşdirılır.

    Prezident İlham Əliyev çıxışının  sonunda bir daha vurguladı ki, bütun bu qarşılıqlı fealyyətlərin təməlində xalqlarımız dostluğu dayanır 

     

    Elanora  Babayeva,
    Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı məktəbin tarix müəllimi


    PAYLAŞ:

    Oxşar xəbərlər