Azərbaycan hər zaman Gürcüstanla mehriban qonşuluq münasibətində olub

Azərbaycan hər zaman Gürcüstanla mehriban qonşuluq münasibətində olub
  • Cəmiyyət

  • Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan Cənubi Qafqazın yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda dövlətimizin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formaları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır.
               
    Dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən aslı olmayaraqn ölkəmiz ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosiyal-iqtisadi inkişafını davam etdirib. Müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanın Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Ölkə başçısı cənab Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar laiyhələrin mərkəzinə çevrilib. Ümumiyyətlə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə müşahidə olunub və daim milli maraqlara söykənib.
                 
    Azərbaycan və Gürcüstan tarixin müxtəlif dövrlərində o cümlədən Çar inperiyası və sovet ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. SSRİ dağıldıqdan sonra iki dövlət arasında münasibətlər daha da inkişaf etməyə başladı. Qonşu dövlət olan Gürcüstanda on minlərlə azərbaycanlı yaşayır. Onlar Gürcüstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində iki ölkə arasında ictimai-siyasi, sosial və mədəni münasibətlər daha da sürətlənir.
                   
    Cənab Prezident İlham Əliyevin Gürcüstana dəfələrlə işgüzar və rəsmi səfərlər sayəsində iki dost ölkə arasında həm mehriban qonşuluq, həm tarixi dostluq, həm də siyasi və iqtisadi sahələrdə strateji tərəfdaşlıq əlaqələri genişlənib. 
                   
    Xalqımız Azərbaycan-Gürcüstan münasibətlərinin daim yüksək səviyyədə olduğunu, dövlətlərarası əlaqələrimizin zəngin tarixə malik olduğunu, iki ölkə arasında diplomatiq münasibətlərin Ümummilli liderimiz Heydər Əliyevin dövründə qurulduğunu bilir.
               
    Cənab Prezident İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan-Gürcüstan əlaqələri daha sürətlə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.



    Babayev Rafis,
    Hüseynacılı kənd tam orta məktəbinin
    tarix müəllimi

    PAYLAŞ:

    Oxşar xəbərlər