Hazırda regionda çox ciddi hadisələr yaşanır. Bölgəmizlə bağlı tam yeni siyasət yürüdülür!

Hazırda regionda çox ciddi hadisələr yaşanır. Bölgəmizlə bağlı tam yeni siyasət yürüdülür!
  • Cəmiyyət

  • Əlbəttə, bütün proseslər məhz Azərbaycanın öncüllüyü və əsas iştirakçılığı, lokomotivliyi ilə baş tutur və hadisələr elə sürətlə və incə manevrlərlə həyata keçirilir ki, hətta dünənki durum bugünkündən fərqlənə bilir.

    Axır günlərin gedişatlarının fonunda son iki gündə, xüsusi ilə bu gün – 24 oktyabrda baş verənlər Cənubi Qafqazda çox mühüm bir prosesin təməlinin qoyulduğunu deməyə tam əsas verir.Regional siyasətdə və yanaşmalarında, addımlarında tamamilə haqlı olan, məqsədi yalnız sülh olan Azərbaycan ona təhdidlər yağdıran İranın aqressiv davranışlarına birbaşa dövlət televiziyasında sərt reaksiya bildirdi, yerini göstərdi. Eyni zamanda rəsmi kanalda Rusiya tənqid olundu. Bundan bir qədər sonra RF-na rus kanallarında rəsmilərin də iştirakı ilə Azərbaycana qarşı yağdırılan böhtanlara, təhriflərə görə rəsmi Bakı NOTA verdi.

    Hazırda sosial şəbəkələrdə hər kəs bunlardan danışır, şərhçilər, politoloqlar mediada Azərbaycanın haqlı mövqeyinin izahını verirlər.

    Təbii, baş verənlər təsadüfi deyil, xaotik deyil və nizamlı bir gedişatdır!
    Əsaslandırması üçün bu baş verənlərlə eyni gündə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanda səfərdə olarkən səsləndirdiyi çox mühüm bəyanatlara diqqət yetirmək kifayətdir.

    Cənab Prezidentin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşdən sonra mətbuata bəyanatlarla çıxış edərkən olduqca vacib açıqlamalarından birinə, bəlkə də birincisinə diqqət edək: “...İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı mən Baş naziri məlumatlandırdım. Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Hər halda, bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistanın məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq”.

    Bu kontekstdə digər mühüm açıqlama: "...Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir"...



    Xanım Əliyeva,
    Mahmudavar kənd tam orta məktəbinin direktoru
    PAYLAŞ:

    Oxşar xəbərlər